QARANAZ

(İmişli)
su quşlarından birinin adı
QARANAL
QARANQAC
OBASTAN VİKİ
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Adi qaranaz
Adi qaranaz (lat. Plegadis falcinellus) — İbislər ailəsindən olan geniş areala yayılmış quş. Ciconiformes (Leyləkkimilər, Hero) dəstəsinin threskiornitidae (İbislər, Ibises) fəsiləsindən olan adi qaranaz yoxa çıxmaqda olan quşlardan. Rəngi metal kimi parlaq tünd-qəhvəyidir. Dimdiyi aşağıya tərəf qövs kimi əyridir. Başı, boynu və qarın tərəfi qırmızımtıl–qəhvəyi, qanadları və quyruğu göy–yaşıl metal rəngli qaradır. Bel və quyruqüstü lələklərin yaşıl–bənövşəyi çaları vardır. Bütün qitələrdə yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində məskunlaşır. Su hövzələrindəki qarğı və qamışlıqlar, sahillərdəki açıq bataqlıqlar yaşayış yerləridir.
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Aşağı Qaranaz (Marağa)
Aşağı Qaranaz (fars. قره نازسفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (23 ailə).
Təzəkənd Qaranaz (Marağa)
Təzəkənd Qaranaz (fars. تازه كندقره ناز‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (43 ailə).
Yuxarı Qaranaz (Marağa)
Yuxarı Qaranaz (fars. قره نازعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (31 ailə).