QARX

(Quba)
qozun, fındığın yaşıl qabığı; narın qabığı, qarğıdalının büründüyü örtük
QARĞUŞA
QARXALI
OBASTAN VİKİ
Aşağı Qarxun
Aşağı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd.
Aşağı Qarxun (Yevlax)
Aşağı Qarxun — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Qarxun Yevlax rayonunun Yuxarı Qarxun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndi XIX əsrdə İrəvan quberniyasındakı Qarxun kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi Qarxun Korpukənd və ya Qıraqlı Qarxun da adlanır. Bu da onun Körpükəndin yaxınlığında və Kür çayı sahilində olması ilə əlaqədardır. XIX əsrin sonlarında kənd böyüyərək Aşağı və Yuxarı Qarxun kəndlərinə bölünmüşdür. Ermənistanın Eçmiədzin rayonundakı Araks kəndinin adı da 1946-cı ilədək Aşağı Qarxun adlanmışdır..
Aşağı Qarxun (Üçkilsə)
Aşağı Qarxun - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Başqa adı Şərifabaddır. == Haqqında == Aşağı Qarxun - Eçmiadzin rayonunda kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1928-ci ildən sonra qovulmuş ailələrin az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1949-cu ildə onlar Azərbaycana köçürülmüşlər. Aşağı Qarxun adı XIX əsrin sonlarında Yuxarı Qarxun adlanan kənddən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Şəfiabaddır. XIII əsrdə monqolların tərkibində gəlmiş türk mənşəli Karkın tayfasının adını əks etdirir. == İstinadlar == == Mənbə == İbrahim Bayramov.
Aşağı Qarxun bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarxotlu (İcrud)
Qarxotlu (fars. قارختلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 555 nəfər yaşayır (136 ailə).
Qarxun
Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Qarxun (Aşağı Tarım)
Qarxun (Aşağı Tarım) (fars. قارخون‎) İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Toponimikası == Kəndin adı hun türklərinin adı ilə bağlıdır. Professor Firudin Cəlilovun sözlərniə görə türk soylu Hunlar iki dəstəyə bölünərmişlər: Ağ Hunlar və Qara Hunlar ki Qarxun adıda Qara Hunlardan alınmışdır.Həmçinin qara azərbaycan dilində böyük və sıx anlamındada istifadə edilir ki kəndin adı qara hun yəni böyük hun kimi də çəkilə bilər.Qeyd etmək lazımdır ki Azərbaycan respublikasının Quba və Şərur rayonlarında da eyni adlı kəndlər var. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 196 nəfər yaşayır (68 ailə). === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan dilində danışırlar.
Qarxun (Quba)
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.
Qarxun (Sərab)
Qarxun (fars. قارخون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (38 ailə).
Qarxun (Şərur)
Qarxun — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Arpaçayının sahilində düzənlikdədir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidədin məlumat vermişdir(XIII əsr). Əbdülqazi xan (XVI əsr) karkınların Oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduğunu qeyd etmişdir. Qaraqalpaqların tayfalarından birinində qarkın adlanması göstərilir. Karkınlar Oğuz tayfalarının tərkibində XI əsrin 30–40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyni adlı kəndlər mövcuddur.
Qarxun körpüsü
Qarxun körpüsü — Şərur rayonu ərazisində, Qarxun-Aralıq dəmiryol keçidi arasındakı yolun 2 kilometrliyində körpü. == Ümumi məlumat == Uzunluğu 120 paqonometrdir. Qarxun körpüsü 1996-cı ildə əsaslı surətdə bərpa edilmiş və yenidən qurulmuşdur. Bunun nəticəsində yaşayış məntəqələrinin dəmir yolundan aşağıdakı kəndlərlə birbaşa əlaqələri təmin edilmişdir.
Qarxut (Xocavənd)
Qarxut - Xocavənd rayonunda dağ adı. Türk dillərində qar sıldırım, alınmaz qaya və monqolca xut zirvə sözlərindən ibarətdir.Bu kəndin adının mənası çıxılmaq, zirvə deməkdir. Xut sözü Ermənistanda Şirak dağ silsiləsində Qaxmaxut zirvəsinin adında da vardır. == Həmçinin bax == Qarqar (Dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair. “Azərbaycan SSR EA Xəbərləri” (Yer Elmləri Seriyası), 1959, № 7. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Yuxarı Qarxun
Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Üçkilsə) — Ermənistanın Üçkilsə rayonunda kənd.
Yuxarı Qarxun (Yevlax)
Qarxun — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Yuxarı Qarxun bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.