QAT

1. слой, пласт; 2. этаж, ярус; 3. сгиб, складка; 4. после количественных числительных употребляется для обозначения повторяемости и соответствует слову "раз";
QAŞÜSTÜ
QAT-QARIŞIQ
OBASTAN VİKİ
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Məhsuldar qat (alt pliosen)
Təzəabad-i Sərab-i Qat (Qürvə)
Təzəabad-i Sərab-i Qat (fars. تازه آباد سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.
Azərbaycanın qatıldığı döyüşlərin siyahısı
Azərbaycanın qatıldığı döyüşlərin siyahısı — Azərbaycan Respublikası dövründə və əvvəlki dövrlərdə Azərbaycanın qatıldığı döyüşlərin siyahısı.
Aşağı Qatrux
Aşağı Qatrux — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik azərbaycanlılar təşkil edir.
Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı — Bakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən, Bakı şəhərində və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən marşrut xətti olan Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən nəqliyyat vasitəsi. Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyətdə olmuşdur. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlamışdır. Həmin vaxta qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdır. Bakı-Sumqayıt qatarının fəaliyyəti ölkə başçısının diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2015-ci ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə və Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuş, 12 sentyabr 2015-ci ildə isə Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edərək qatarın yola salınmasını bildirən rəmzi lenti kəsmiş və zəngi vurmuşdur. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulmuşdur. Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün 2015-ci ildə İsveçrənin "Stadler Rail Group" şirkətinin "EŞ2" markalı sürətli elektrik qatarları istismara verilmişdir. Həmin şirkətin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon var. İki mərtəbədən ibarət olan bu qatarların hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır.
Bataqlıq qatıqotu
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Budaqlı qatırquyruğu
Budaqlı qatırquyruğu (lat. Equisetum ramosissimum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Equisetum elongatum var. ramosissimum (Desf.) Milde Hippochaete ramosissima (Desf.) Milde ex Bruhin Presla ramosissima (Desf.) Dulac Equisetum ramosissimum var. huegelii (Milde ) Christenh. & Husby Equisetum ramosissimum var.
Böyük Qatsbi
Böyük Getsbi və ya Möhtəşəm Getsbi (ing. The Great Gatsby) — amerikalı yazıçı Frensis Skott Fitsceraldın romanı. Amerika ədəbiyyatında "Caz dövrünü" tipik əks etdirən bu roman 10 aprel 1925-ci ildə işıq üzü görmüşdür. Roman amerika modernizminin əhəmiyyət kəsb edən əsərlərindən sayılır. Fitscerald romanı Avropaya səfər zamanı Parisdə bitirərək dərc etdirmişdir. Romanda hadisələr 1920-ci ilin Nyu-Yorkunda, Lonq Aylend adasında cərəyan edir. Birinci dünya müharibəsi hərc-mərcliyindən sonra amerika cəmiyyəti inamlı çiçəklənmə dövrünə qədəm qoyur, ABŞ iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamış olur. Bu dövrdə ABŞ-də tətbiq olunan"Quru qanun" bir çox spirtli içki qaçaqmalçılarını və bununla məşğul olan alverçiləri milyonçi etmiş və mütəşəkkil cinayətkarlığın inkişafına təkan vermişdir. Zənginlərin füsünkarlığına heyran olan müəllif, əsərdə həmin dövrdə cəmiyyətdəki əxlaqsızlığı çılpaqlığı ilə göstərməyə çalışmışdır. Roman 24 000 tirajla nəşr edildikdən sonra Brodveydə və Hollivudda səhnələşirilsə də müəllifin sağlığında şöhrət qazana bilməmiş, unudulmuşdur.
Böyük Qatçina sarayı
Böyük Qatçina sarayı 1766-1781-ci illərdə II Yekaterinanın favoriti qraf Qriqori Orlov üçün Antonio Rinaldinin layihəsinə əsasən tikilmişdir. Gümüş gölün yanındakı təpədə yerləşən saray hal-hazırda hündür ağaclarla əhatələnmişdir və orta əsrlər qəsrini xatırladır. Sarayın interyeri XVIII əsrin ikinci yarısında mövcud olan rus klassizmi və XIX əsr tarixiliyi nümunəsindədir. Saray çar ailəsinin istirahət etdiyi ən sevimli yerlərdən biri olmuşdur. 1765-ci ildə II Yekaterina knyaz Boris Aleksandroviç Kurakinaidən Qatçina xutorunu almışdır. Heç bir sənəddə öz təsdiqini tapmasa da deyilənə görə II Yekaterina bu yeri öz favoriti qraf Qriqori Qroqoriyeviç Orlova 1762-ci ildə onun imperatriçə olması ilə nəticələnən saray çevrilişinin təşkilində iştirakına minnətdarlıq əlaməti olaraq bağışlamışdır. 30 may 1766-cı ildə xutor ərazisində Qatçina sarayının tikintisinə başlanılmışdır. Saray layihəsinin hazırlanması saray memarı italyan Antonio Rinaldiyə həvalə olunmuşdur. Qatçinada o, italyan villasını canlandırmağa cəhd göstərsə də, lakin İtaliyada mövcud olan ənənəvi bağ quruluşu ilə yox, məhz ingilis peyzajı ilə əhatə olunması bu sarayın tutqun orta əsrlər qəsri ilə assosiasiya yaratmasına səbəb olmuşdur. Bu sarayın orta əsrlə qəsrinə oxşarlığını divarlarına, qüllələrinə və yeraltı gedişlərə daş üz çəkilməsi olmuşdur.
Caxo Qatuyev
Caxo Qatuyev (1892, Vladiqafqaz – 11 iyun 1938, 1937 və ya 1938) — Osetiyalı yazıçı, publisist, inqilabçı və ictimai xadim. 1892-ci ildə Vladiqafqazda keşiş Aleksey Qatuyev ailəsində anadan olmuşdur. Tarskaya küçəsindəki atasının evində yaşayır. Vladiqafqaz gimnaziyasını bitirdikdən sonra 1912 -ci ildə Moskva Universitetinə daxil olur. Tələbə ikən gizli marksist dərnəyin fəaliyyətində iştirak edir. Vladiqafqazda bolşevik təbliğat ədəbiyyatını payladığı Sergey Kirovla tanış olur. 1917-ci ilin oktyabrında Moskvada qiyamda iştirak etdi. Eyni ilin sonunda Sovet hakimiyyətinin qurulmasında iştirak etdiyi Vladiqafqaza qayıdır. "Qorskaya Jizn" qəzetinin müxbiri olaraq 1918-ci ildə Terek vilayəti xalqlarının qurultayında iştirak edir. Terek vilayəti Ağ Qvardiya qoşunları tərəfindən tutulduqdan sonra Xristianovskoye kəndində gizlənir.
Cennaro Qattuzo
Cennaro İvan Qattuzo (it. Gennaro Ivan Gattuso; 9 yanvar 1978) — İtaliyalı keçmiş futbolçu və futbol məşqçisidir. 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. Klub səviyyəsində o, "Milan" klubunda oynaması ilə tanınır. Bu klub ilə iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Qattuzo futbolçu karyerasına İtaliyanın "Peruca" klubunda başlayıb və burada 22 dekabr 1996-cı ildə A Seriyasında "Bolonya" ilə matçda debüt edir, Ancaq gənc yarımmüdafiəçi burada əsas heyətdə yer ala bilmir. 1997-ci ilin iyulunda o, Şotlandiya "Reyncers" klubuna keçir. Burada əsas heyət oyunçusuna çevrilən futbolçu, azarkeşlərin sevimlisinə çevrilir. Cennaronun "ultra-aqressiv" texnikası o vaxtkı "Reyncers" məşqçisi Valter Smitin təsiri ilə yumşaldılır. Cennaro daha sonra onu ikinci atası kimi təsvir edir.
Cırtdan qatil balina
Cırtdan qatil balina, və ya fereza (lat. Feresa attenuata) — Məməlilərin nadir növüdür. Delfinlər fəsiləsinə aiddir. Cırtdan qatil balinanın başı elədə böyük deyildir. Bel üzgəcləri üçkünc olub 20–30 sm hündürlüyə malikdir. Ağzı kiçik ölçülərə malik olur. Rəngi qara rəngdə olsa da boğaz nahiyəsində parlaq ağ ləkə vardır.
Dolaşıq qatıqotu
Dolaşıq qatıqotu (lat. Galium humifusum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Gecə qatarında qətl (film, 1990)
Gecə qatarında qətl — Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Əbdül Mahmudovun filmi. Burada Əfqanıstanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır. Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakteri Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız Rüstəm düşərgədə dörd il keçirir. Nağıyev isə aybaay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır... Nəhayət Rüstəm birdən ayılır. Lakin artıq çox gecdir. O, məhvə məhkumdur... Film yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında çəkilmişdir.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Göyün yeddinci qatında (film, 2010)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Hennenman-Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Hennenman–Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Jan-Filippe Qatiyen
Jean-Filippe Qatiyen (16 oktyabr 1968) — Fransanı təmsil edən stolüstü tennisçi. Jean-Filippe Qatiyen Fransanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Jean-Filippe Qatiyen Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Kəraçi qatar qəzası
Kəraçi qatar qəzası (həmçinin Landhi dəmiryol qəzası kimi adlandırırlar) — 3 noyabr 2016-cı ildə 07:18 radələrində Landi Dəmiryolu Stansiyasından yola başlayan sərnişin qatarının Pakistanın Kəraçi şəhərində qəzaya uğradığı qatar qəzasıdır. Multandan gələn Zakariya Ekspress sərnişin qatarı düzgün siqnal vermədiyi üçün Lahordan Kəraçiyə gələn Fareed Ekspress sərnişin qatarı ilə arxadan toqquşmuşdur. İki qatarın toqquşması nəticəsində ən azı 21 nəfər həlak olmuş, 65 nəfər isə yaralanmışdır. Sonrakı günün səhərindən, yəni çərşənbə axşamından Kəraçi şəhərinin Landhi ərazisində xilasetmə işlərinə başlanmışdır. Şahidlər məlumat bildirdilər ki, Multandan gələn Zakariya Ekspress sərnişin qatarı Kəraçidə dayanacaqda dayanmışdır. Sürətlə Lahordan gələn Fareed Ekspress sərnişin qatarı zərblə digər qatara çırpılmışdır. Qatar qəzasından sonra insan qışqırıqları ətrafa yayılmışdır. Qatarlar ən azı iki vaqonun toqquşması nəticəsində aşıblar. Televiziya kadrları göstərir ki, qatarlar qəza nəticəsində sıradan çıxıblar. Qəzadan sonra qatarlar yerləşdikləri dayanacaqlara aparılıblar.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
M - Şəhər qatili axtarır (film, 1931)
M — Şəhər qatili axtarır — 1931-ci il istehsalı olan alman psixoloji trilleridir. Orijinal adı M olan film, ingilis dilli ölkələrdə Fritz Lang's M, yaxud da Murderers Among Us adı ilə nümayiş etdirilmişdir. Filmin rejissoru Fritz Lang ssenarini həyat yoldaşı Thea von Harbou ilə müştərək yazmışdır. Filmin baş rol ifaçısı Peter Lorredir. Bu, Fritz Lanqın ilk səsli filmidir və özünün dediyi kimi, filmoqrafiyasında ən yaxşı filmdir. Filmdə Almaniyanın bir şəhərində polisin silsilə qətllər törədən uşaq qatilini tuta bilməməsi ilə narahat olan şəhərdəki digər cinayətkarların da axtarışa qoşulmasından və bundan sonra baş verən hadisələrdən bəhs edilir. 1931-ci ildə Almaniyanın Berlin şəhəri ardıcıl qətllər törədən pedofil uşaq qatilinin (Peter Lorre) hərəkətləri ilə sarsılır. Polisin qatili tuta bilməməsi ictimaiyyəti, eləcə də dilənçiləri, quldur dəstələrini və digər "normal" cinayətkarları narahat edirdi; çünki qeyri-adi dərəcədə artan polis təzyiqi onların da işinə mane olurdu. Mütəşəkkil cinayətkar təşkilatlar dilənçilərin köməyi ilə qatili təqib etməyə başlayırlar. Qatili tutmaq üçün polis və cinayət təşkilatları arasında yarış başlayır.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.

Digər lüğətlərdə