qayalı
Qayana
OBASTAN VİKİ
Qayalıq atlanqaçı
Qayalıq atlanqaçı (lat. Elephantulus rupestris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Qayalıq göyərçini
Qayalıq göyərçini (lat. Columba rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Qayalıq kərtənkələləri
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Qayalıq kərtənkələsi

Qayalıq palıdı
Qayalıq palıdı (lat. Quercus petraea) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 40 metrə (130 fut) çata bilən iri yarpaqlı ağacdır.
Qayalıq vələmirquşu
Qayalıq vələmirquşu (lat. Emberiza buchanani) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Azərbaycan faunasına E.b.cerrutii Filippi yarımnövü daxil olur. Bağ vələmirquşundan ağ bığı və boz çiyin tükləri ilə seçilir. Ancaq çəhrayı dimdiyi, ağımtıl göz halqası ilə bağ vələmirquşuna və dağ vələmirquşuna bənzəyirlər. Yetkin fərdin başı açıq kül rəngli boz, dağ vələmirquşundan daha açıq rənglidir və bu boz rəng sinəsinə qədər enib qurşaq əmələ gətirmir. Döşü qırmızımtıl-qəhvəyi olub, boğazı və "bığ" xətti ağımtıl, ayaqları və quyruqaltı açıq krem rəngindədir. Payızda yeni lələk dəyişdiyi zaman alt tərəfi açıq qırmızı olur. Üstdəki xəttlər tünd, quyruq hissəsi boz rənglidir.
Qayalıq çuğundurotu
Aurinia saxatilis (lat. Aurinia saxatilis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin aurinia cinsinə aid bitki növü.
Qayalıq şibyəyeyəni
Açıqalın şibyəyeyən və ya Qayalıq şibyəyeyəni (lat. P.murina) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Ön qanadları qonuru-sarımtıl, iki cərgədə qara nöqtələr yerləşir. Arxa qanadları açıq sarı olub, ləkəsizdir. Qarıncığı tünd boz tüklərlə örtülmüşdür. Alın hissəsi açıq sarıdır. P.conjuncta növünə nisbətən kiçikdir. Qanadları açıq halda 16–18 mm-dir. Tırtılı boz-qonur rəngdə olub, bel hissəsi boyunca zolaq uzanır, yan xətti tünd sarıdır, üzəri boz tüklərlə örtülüdür, baş kapsulu qaradır. Aprel ayından başlayaraq iyun ayına qədər daşların üzərindəki şibyələrlə qidalanır.
Qayalıq böyürtkəni
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Qayalıq qarağatı

Böyük qayalıq sittası
Böyük qayalıq sittası (lat. Sitta tephronota) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinin sitta cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Kiçik qayalıq sittasından daha böyük olub. Göz arxasındakı qara xətt daha nəzərəçarpan olmaqla gözün gerisində genişlənir və boyun yanlarına doğru uzanır. Qara sürmənin ("qaşın") kənarları ağdır. Qayaya qonmuş halda arxadan baxıldıqda, bu qara xətlər boyunun iki yanında birdən görünür. Ayaqları və quyruğu qısadır. Alını və təpə hissəsi daha tünd rəngli olub, bel tərəfi, boz, alt tərəfləri ağ, quyruğa doğru narıncı rəngli lələklər olur. Dişi və erkək bir birinə bənzəyir, yalnız quyruqaltı rəngində müəyyən fərqlilik müşahidə olunur.
Qayalıq kərtənkələsi (növ)
Qayalıq kərtənkələsi (lat. Darevskia saxicola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Uzunluğu 88 mm (balalarda 22 — 27 mm), quyruğu 156 mm-dir. Yuxarı hissədə yaşıl, qəhvəyi, zeytunu boz rəngdə olur. Sinəsində mavi gözlər fprmasına malik nöqtələr vardır. Onlara dağlıq və qayalıq ərazilərdə, alp qurşağında daha çox rast gəlinir. 1 km maşrut üzrə 100 baş müşahidə edilir. Günlük aktiv həyat sürürlər. Qışlama dövrü sentyabr-oktyabrdan fevral-mart aylarına qədər davam edir. Yumurta qoyaraq çoxalırlar Yumurta qoyma iyun-iyul ayları baş verir.
Böyük Qafqazın qayalıq subnival kompleksləri
Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir. == İqlim. == Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir. Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür.
Lovuşki qayalıqları
Lovuşki qayalıqları (rus. Ловушки) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan qayalıqlar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ərazisində yaşayış yoxdur. Kruzenştern boğazında yerləşir. Şiaşkotan adasından 20 km cənubda qərarlaşır. Buraya 10 iyi qaya və bir necə cçəkilmə zamanı səthə çıxan qayalıqlar mövcuddur. İri qayalıqlar: Dolqaya (23 m), Vısokaya (42 m), Kotikovaya (28 m), Nizkaya (2,7 m). Hər il Dolqata qayası üzərində 750–830 cavan dəniz şiri müşahidə edilir. Hər il isə burada 400–450 bala doğulur.
Qayalıqlar bakirəsi
Qayalıqlar bakirəsi (ing. Virgin of the Rocks, fr. La Vierge aux rochers) və ya Madonna qayalıqlarda (ing. Madonna of the Rocks) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən eyni mövzuda və eyni kompozisiya ilə çəkilmiş, detalları bir-birindən fərqlənən iki rəsm əsəridir. Əsərin prima versiya hesab edilən iki nüsxəsindən biri Parisin Luvr muzeyində, ikincisi isə Londonun Milli Qalereyasında saxlanılır. İki metrə yaxın hündürlükləri olan əsərlərin hər ikisi yağlı boya ilə işlənmişdir. Hər iki əsər taxta panel üzərində işlənsə də, Luvr versiyası sonradan kətan üzərində köçürülmüşdür. Hər iki əsərdə Madonna, Körpə İsa, körpə İohann və mələklə birlikdə qayaqlıq yerdə təsvir edilmişdir ki, əsər də adını burdan almışdır. Əsərlərin əsas fərqi mələyin baxışı və sağ əlindədir. Bundan başqa bir çox xırda detallar, o cümlədən rənglər, floranın təsviri və sfumatonun istifadə üsulu da iki əsəri bir-birindən fərqləndirir.
Şaq qayalıqları
Şaq qayalıqları (ing. The Shag Rocks, isp. Rocas Cormorán) — 7 yaşayışı olmayan kiçik adalardan ibarətdir. Atlantik okeanının cənubunda Skotia dənizi yerləşən arxipelaq. Adalar mübahisəli ərazi sayılır. Arxipelaq Böyük Britaniyanın Britaniya dəniz əraziləri Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxil edilir. Bununla belə Argentina adaları öz ərazisi hesab edir. Odlu Torpaq, Argentida və Cənubi Atlantida adaları vilayəti daxil edildiyi bildirilir. Şaq qayalıqları Cənubi Georgiyadan 232 km şimal-qərbdə, Folklend adalarından min km, Odlu Torpaq adasından isə 1,2 min km aralıda yerləşir. Şaq qayalıqlarından 16 km cənub-şərqdə tənha Blək qayası yerləşir.

Digər lüğətlərdə