QAZAXLAR

XI əsrdən qıpçaq çölündən Azərbaycanın qərbinə gəlmiş qıpçaqlardır (elmdə belə deyilir). Qaz sözü “məkan, dağ” anlamında işlədilir. Qazax “yurdsuz” deməkdir (qazax (qaz yox), yəni “məkanı olmayan”). Döyüşdə uduzub yurdsuz qalanları belə adlandırıblar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAZ
QAZAMAT
OBASTAN VİKİ
Qazaxlar
Qazaxlar – Qazaxıstan Respublikasının yerli əhalisi. Dilləri qazax dilidir, türk xalqların Altay ailəsinə daxildirlər. Qazaxlara daha yaxın millət qaraqalpaqlardırlar. Qazaxların əcdadları türklər, hunlar, sakilər, usunlar, qıpçaqlardır . demoscope.ru "Агентство Политических Новостей" Казахстана: кризис программы репатриации?
Birinci Qazaxlar
Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Qazaxlar kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Qazaxlar (Bərdə)
Qazaxlar — Azərbaycan Respublikasının Bərdə rayonunun Xəsili kənd inzibati ərazi dairəsində kənd.
Qazaxlar (Füzuli)
Qazaxlar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar inzibati ərazi dairəsində kənd. Qazaxlar kəndi əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana 9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad olunmuşdu. Xorasanoğlu məaf idi. Füzuli rayonunun Əhmədalılar inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 918 nəfər əhali yaşayır. 2012-ci ilin fevralın 15-də Qazaxlar kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır.
Qazaxlar (Goranboy)
Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Qazaxlar kəndi Gəncə-Qazax düzənliyindədir. XVIII əsrdə Qazax mahalından köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bu adlarda qazax etnonimi əks edilmişdir. Kəndlarin əsasını həmin dövrdə Qarabağa gəlmiş qazaxlar qoyduğu üçün yaşayış məntəqələri belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 374 nəfər əhali yaşayır.
Qazaxlar (Tərtər)
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib.
Qazaxlar (dəqiqləşdirmə)
Qazaxlar (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qazaxlar (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qazaxlar (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Birinci Qazaxlar — Azərbaycanın Bərdə rayonunda kənd. Yəhərçi Qazaxlar — Azərbaycanın Goranboy rayonunda kənd.
Qazaxlar bələdiyyəsi
Qazaxlar bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Qazaxlar bələdiyyəsi (Füzuli) — Füzuli rayonunda bələdiyyə.
Qazaxlar məhəlləsi
Qazaxlar məhəlləsi — Gəncənin XVIII əsrdə salınmış məhəllələrinindən biri. Məhəllədə XIX əsrdə tikilmiş Qazaxlar məscidi yerləşir. Qazaxlar məhəlləsi şimaldan Tapqışlaq, Şərəfxanlı, Şabanlı məhəllələri, şərqdən Xan bağı, cənubdan İtdilər, Qırıxlı, qərbdən isə Qızılhacılı məhəllələri ilə əhatələnib. Məhəllə, Hajı Balacalar, Kəblə Tağılar, Kəblə Ələsgər uşağı, Hajı Tağılar bəyliklərinən ibarətdir. XVIII əsrdə Qazax və Borçalının Kaxetiyaya verilməsindən sonra bir çox tayfa və tirələr Gəncə və Qarabağ vilayətlərinə köç etdilər. Lazarevin general-leytenant Knorrinqə 19 iyun 1801-ci il tarixli raportundan göründüyü kimi keçmiş Borçalı, Qazax, Şəmşəddil sultanlıqları Kaxetiya ilə birlikdə Rusiyanın tərkibinə daxil edildikdən sonra bu ərazilərdə yaşayan ailələrin Gəncəyə axını daha da güclənmişdi. Cavad xan belə köçmələrə rəğbətlə yanaşmış, hətta köçənlərə yardım göstərmişdir. Bu faktlara əsasən Qazaxlar məhəlləsi XVIII əsrin ortalarında formalaşmış, XIX əsrin əvvəllərində isə xeyli böyümüşdür. 1886-cı ildə burada məhəllə sakinləri tərəfindən Qazaxlar məscidi tikilmişdir.
Qazaxlar məscidi
Qazaxlar məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Məscid 1886-cı ildə tikilmişdir. Qazaxlar məscidi Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir. Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12–20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir.
Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır. Kənd Korçayın sahilində, düzənlikdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.
Qazaxlar bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazaxlar bələdiyyəsi (Füzuli)
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yəhərçi Qazaxlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ümumdünya Qazaxlar Birliyi
Ümumdünya Qazaxlar Birliyi (ÜQK) — respublika əhəmiyyətli beynəlxalq qeyri-hökumət təşkilatı. 29 sentyabr 1992-ci ildə Almatı şəhərində keçirilən birinci Dünya Qazaxlar Qurultayının qərarı ilə yaradıldı. Dünyanın 33 ölkəsindən 800 nümayəndə Ümumdünya Qazaxlar Birliyini təsis etdi və yekdilliklə Nursultan Nazarbayevi Rəyasət Heyətinin sədri seçdilər. Birliyin dünyanın 19 ölkəsində şöbələr və nümayəndəlikləri var. Birliyin məlumatına görə, Qazaxıstandan kənarda dünyanın 43 ölkəsində 5 milyondan çox qazax yaşayır. Birliyin əsas məqsədi əcnəbi soydaşlarla mədəni və mənəvi inkişaf, təhsil və biznes məsələlərində əlaqənin saxlanmasıdır. Tərkibində "Atajurt" nəşriyyat mərkəzi, kitabxana və "İncəsənət" mərkəzi daxildir. Birliyin aktivlərinə rus və qazax dillərində müxtəlif monoqrafiyalar daxildir. Kaldarbek Naymanbayev 1992 — 2004 Talqat Mamaşev 10.2004-06.2017 Zautbek Turisbekov 06.2017-ci ildən Всемирное сообщество казахов // Казахстан. Национальная энциклопедия.
Monqolustan qazaxları
Monqolustan qazaxları — qazax mənşəli Monqolustan sakinləri. Ölkədəki ikinci böyük etnik qrup və ən böyük milli azlıqdır. 2010-cu il əhalinin siyahıya alınmasına görə Monqolustanda qazaxların sayı 101.526 nəfər idi (ölkə əhalisinin 3.8% -i). Monqolustan qazaxlarının əksəriyyəti Batı Monqolustanda Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində, həmçinin paytaxt Ulan-Batorda yaşayır. Monqolustanda qazaxların sayı 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə 101.526 nəfər (ölkə əhalisinin 3.86% -i), 2015-ci il siyahıyaalmasına görə 117.800 nəfər olmuşdur (Monqolustan əhalisinin 3.85%). Qazaxlar Monqolustanın 21 vilayətində, 181 yaşayış məntəqəsində, əsasən Qərbi Monqolustanda yaşayırlar. Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində ən çox cəmlənmişlər. Qazaxlar həmçinin Ulan-Batorun Nalayx rayonunun 4-cü mikrorayon əhalisinin 90% -ni təşkil edir. Monqolustan qazaxları əksər hissəsində köçəri həyat tərzi sürür və əsasən maldarlıqla məşğul olurlar. Repatriasiya proqramı çərçivəsində 1990-cı illərdə Monqolustan Qazaxıstana 20.000-ə qədər qazax ailəsi köçür.
Çin qazaxları
Çin qazaxları (qaz. Қытай қазақтары, جۇڭگو قازاقتارى‎, çin. ) — qazax xalqının ən böyük diasporası. ÇXR-da yaşayan xalqların arasında sayına görə 16-cı yerdədir. Çində yaşayan qazaxlar əsasən Naymanlar, Qarayilər, Uaq, Suan və Alban tayfalara aiddir. Sorğulara görə, onların 80,5 %-i özünü Orta Juzun, 12,6 %-i isə Kiçik Juzun, 2,9%-i isə Böyük Juzun hissəsi olaraq sayır. Cunqar xanlığının məhvi zamanı mancurlar cunqar oyratlara qarşı qətliyam törədirdilər. Əhalisiz qalmış torpaqlar tezliklə ətrafda yaşayan xalqlarla dolmuş. O cümlədən, Qazax xanlığından olan qazaxlar kütləvi şəkildə o əraziyə köçməyə başlayıblar. XIX əsrdə, ruslar qazaxlar üçün qırğız ifadəsini iştətdiyi zamanı, onlar həm qazaxların, həm də qırğızların torpağlarına köçərək, onları Çinə qaçmağa məcbur ediblər.
Ümumdünya Qazaxları Konqresi
Ümumdünya Qazaxları Konqresi - Ümumdünya Qazaxları Birliyinin ən ali orqanı. Ümumdünya Qazaxları Qurultayı — 28 sentyabr-4 oktyabr 1992-ci il tarixlərində Almatıda dünya qazaxlarının nümayəndələrinin iştirakı ilə keçirilən bir qurultaydır. Qurultay ərəfəsində qazaxların sayı 10 milyon 537 minə çatdı. Ümumdünya Qazaxları Qurultayında MDB-dən 350 nəfər və bir çox xarici nümayəndə iştirak etmişdir. Qurultay iştirakçıları Türkistan, Jezqazğan, Ulıtau kimi ölkənin qədim sosial-siyasi, mədəni mərkəzlərində olmuş, ata-yurdlarına qovuşmuşdular. Qurultayın fəaliyyətinin işıqlandırılmasında 200-dən çox jurnalist və 50-dən çox televiziya və radio şirkəti iştirak etmişdir. Ümumdünya Qazaxları Qurultayının iştirakçıları Qazaxıstan xalqına və digər xalqlara, dövlətlərə və hökumətlərinə bir müraciət qəbul etmişlər. Qurultay zamanı "Qazaxlar: dünən, bu gün və sabah" mövzusunda elmi konfrans keçirildi. Konfransda o dönəm Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev "Qollarımız qardaşlara sona qədər açıqdır" mövzusunda çıxış etdi. Qazax xalqının taleyi, əcdad irsi, dil, dünya qazaxlarının vahid bir dövlət ətrafında birləşməsinin hüquqi əsasları, və s.
İran qazaxları
İran qazaxları — Əsasən İranın şimalındakı Gülüstan ostanında yaşayırlar.

Значение слова в других словарях