QOÇ

QOÇ I is. Qoyunun erkəyi, damazlıq erkək qoyun. İsmayıla gələn qoçun anası hansı ayda, gündə qoça gəlibdir? (Dastanlar).

QOÇ II sif. İgid, qoçaq. Qoç Koroğlu, düz yeddi ildir ki, mən bu yolların ağasıyam (Dastanlar).

QİTƏ
QOL
OBASTAN VİKİ
Qoç
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Mustafa Qoç
Mustafa Qoç tam adı ilə Mustafa Vəhbi Qoç (d. 29 oktyabr 1960, Ankara — ö. 21 yanvar 2016, İstanbul), Türk iş adamı. 2003–2016 illəri arasında Qoç Holdinq İdarə Heyəti Başçılığı vəzifəsini icra etdi. Mustafa Qoç 29 oktyabr 1960-cı ildə Rəhmi Qoç və Çiydəm Simavi cütlüyünün ilk övladları olaraq Ankarada dünyaya gəldi. 1971–1975 illəri arasında Sankt Georg Avstriya Liseyi və Ticarət Məktəbinin orta təhsilini tamamlamışdır. Lisey təhsilini 1980-ci ildə İsveçrədəki Lyceum Alpinum Zuozda, ali təhsilini isə 1984-cü ildə ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamladı. İş həyatına 1984-cü ildə TOFAŞ-da müşavir olaraq başladı. Ram Xarici Ticarətdə Satış Müdiri və Satış Ümumi Müdir köməkçisi vəzifələrində çalışdı. 1992-ci ildən etibarən Qoç Holdinq Sədr Köməkçisi, Sədr, İdarə Heyəti Üzvlüyü və İdarə Heyəti Sədr Vəkili vəzifələrini icra etdi.
Qoç (astrologiya)
Qoç (♈︎) (lat. Aries) — Zodiakın birinci bürcü. Fəza koordinat sisteminin ilk 30 dərəcəsini (0° ≤ λ <30°) əhatə edir və eyni adlı bürcə aiddir. Tropik bürc altında Günəş bu bürcü hər il təxminən 20 mart – 21 aprel arasında keçir. Bu tarix Hicri təqvimində ilk aydır. Tropik astrologiya sisteminə görə Günəş orta hesabla 21 martda baş verən mart ekinoksuna çatdıqda Qoç bürcünə girir. Yer kürəsinin Günəşin ətrafında dövr etməsi təxminən 365,24 gün çəkdiyindən, ekinoksun dəqiq vaxtı hər il eyni deyil. Bir sıçrayış ilinin 29 fevralı, həmin ilin mart ekinoksunun əvvəlki ilə nisbətən təqvimə görə on səkkiz saat əvvəl olmasına səbəb olur. Qoç Zodiakdakı ilk atəş bürcüdür, digər atəş bürcləri Şir və Oxatandır. Bu tarixlər arasında anadan olanlara, hansı astrologiya sistemini seçdiklərinə görə, Arians və ya Ariens deyilə bilər.
Qoç (bürc)
Qoç (lat. Aries) — zodiakal bürc.
Qoç Universiteti
Qoç Universiteti — 1993-cü ildə İstanbulda təhsilə başlamış olan vəqf universiteti. İlk başlarda İstinyedə təhsil verən məktəb, 2000-ci ildə, Rumeli fənəri yolu üzərindəki qalıcı kampusuna daşınmışdır və fəaliyyətlərinə 265 təhsil işçisi və 3.691 şagirdlə burada davam etməkdədir. Təhsilə 1993—1994 tədris ilində İstinyedəki keçici təsislərdə 200 şagird ilə başlamışdır. İlk məzunlarını da İyun 1995 te vermişdir. 2000—2001 təhsil və tədris ilində Qoç Universiteti, Sarıyerdə Rumeli Qovağı kürəklərindəki davamlı kampusuna daşınmışdır. 2008-ci ildə İstinye Kampusu yüksək lisans təhsili vermək üzrə yenilənib təkrar açılmışdır. Ayrıca burada Amerikan Xəstəxanası ilə əməkdaşlıq içində bir tibb fakültəsi qurulacağı Rəhmi Qoç tərəfindən eşitdirilmişdir. 2008-ci ildə ELC (İngiliscə Hazırlıq Sinifi) təhsilinin veriləcəyi və içində yurd saxlayacaq Rumeli fənəri Yolu Saytlar Mövqesindəki yeni kampusun istehsalına da başlanmışdır.
Qoç kəlləsi
Qoç kəlləsi — buzlaqların hərəkəti nəticəsində cilalanmış,bəzən də cızılmış təpəyə və ya ayrı durmuş iri,dəyirmi daşa, qayaya deyilir. Buzların axıb gəldiyi tərəfi meyilli, əks tərəfi isə dikdir. Qoç kəlləsinə dördüncü dövr buzlaşması sahələrində — Kareliyada və Finlandiyada çox təsadüf olunur.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az.-əski. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.
Qoç təpə (Əsədabad)
Qoç təpə (fars. قوچ‌تپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 383 nəfər yaşayır (107 ailə).
Qızıl Qoç
Qızıl Qoç, Qukasyan — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində kənd. Qızıl Qoç rayonunun mərkəzi. İrəvan quberniyasının Aleksandropol qəzasında (İndi Qukasyan rayonunda) kənd adı 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Verin Qukasyan adlandırılmışdır. 1956-cı ildən Qukasyan rayonunu mərkəzinə çevrildikdən sonra 1960-cı ildə "Verin" sözü atılmışdır. 1990-cə ildə ermənicə Aşosk adlandırılmışdır. Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Azərbaycan və Ermənistan ərazisində qoç heykəllərin (qoç daşlarının) mənşəyi mə'lum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir, heç olmazsa ona görə ki, Sibirdə е.ə.
Vəhbi Qoç
Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Qızıl Qoç rayonu
Qızıl Qoç rayonu, Qukasyan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində rayon. Mərkəzi Qızıl Qoç kəndi olub. 1937-ci il dekabrın 31-də yaradılıb. 1938-ci ilyanvarın 4-nə kimi Qızıl qoç rayonu, həmin tarixdən etibarən isə Verin Qukasyan rayonu adlandırılıb. 1956-cı il oktyabrın 12-dən etibarən isə Qukasyan rayonu adlandırılıb. Ərazisi 547 kv.km-dir. Rayon mərkəzi Qızıl qoç qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 165 km-dir. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Çorlu (Qızıl Qoç)
Çorlu, Lernatsk, Lernagyuğ — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir. Rayon mərkəzindən 17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli çor etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.
Əhməd Vəhbi Qoç
Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Qabaxlı qoç heykəlləri
Qabaxlı qoç heykəlləri (Qabaxlı kənd qəbirüstü qoç daşları) — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonunun Qabaxlı kəndinin aşağısındakı köhnə qəbiristanlıqda mövcud olmuş qəbirüstü qoç daşlarıdır. Abidənin XIV yüzilin əvvəllərinə aid olduğu ehtimal edilir.Qabaxlı kənd sakini Kamil Dərələyəzlinin şəklini çəkib gətirdiyi belə qoç abidələrindən birinin üstündəki ərəbdilli yazını professor Məşədixanım Nemətova oxumuşdur: “Yoluxucu xəstəliyə tutuldu, Allaha sənalar olsun. Haqverdi bəy... vəfat etdi ..9-cu ildə“. Qədimdə Türk-Oğuz boylarının yurdu olmuş Qabaxlı kəndinə Qərbi Azərabycan türklərinin 1988-ci il deportasiyasından sonra ermənilər köçürülmüşlər.
Təknəli (Qızıl Qoç)
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. 1728-ci ildən mə’lumdur. Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir. Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.
Dərəköy (Qızıl Qoç)
Dərəköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir Ermənilər kəndə 1840-cı illərdən sonra köçürülmüşdür. Toponim Azərbaycan dilində "iki dağ arasında dərin çuxur" mənasında işlənən dərə sözü ilə türk diləndə kənd mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SS AS RH-nin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd) qoyulmuşdur.
Karolina Qoçeva
Karolina Qaçeva (28 aprel 1980 - Bitola, Makedoniya Respublikası) — Makedoniyalı müğənni. 2002, 2007-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı olub. 1995-ci ildə ölkəsini Me Sakas adlı mahnı ilə təmsil edib və müsabiqədən ayrılıb. 2002-ci ildə Od Nas Zavisli mahnısı ilə Makedoniya Respublikasını təmsil edib və 19-cu yerə layiq görülüb. 2007-ci ildə tərcüməsi Mənim Dünyam mənasına gələn Mojot Svet mahnısı ilə müsabiqəyə qatılıb finala çıxa bilmişdir. Lakin finalda 73 balla 14-cü yerə layiq görülmüşdür.
Qoça xan
Qoça Xan - türk və altay mifologiyasında bərəkət ilahı. Qosa (Kosa) Xan da deyilir. Özü adına yazda "Qoçaqan/Qoçıqan" adlı bərəkət mərasimi təşkil edilir. Şor türklərində isə bu mərasimin payızda edilən əks olunmasının adı "Paktıqan" olaraq iştirak edər. Bu ad da Baxdı Xanın adından gəlir. Zaman zaman adı Baxdı Xan ilə birlikdə xatırlanar. Bu mərasimdə ev ev gəzib pay toplanar. Kosa mərasimiylə yaxından əlaqədardır. Bu mərasimlərdə şaman bir maska ​​taxar. Akşamüzeri yığdıqlarıyla bir şənlik edər.
Qoçaltı məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Qoçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Qoçan şəhristanı
Qoçan şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qoçan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 179,613 nəfər və 45,502 ailədən ibarət idi.
Qoçaq Əsgərov
Əsgərov Qoçaq Məhərrəm oğlu (27 dekabr 1978 və ya 1978, Qoçəhmədli, Füzuli rayonu) — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018). Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi — evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı. 1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul edilmişdir. 2004-cü ildən — 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi.
Qoçaqan
Qoçaqqazma
Qoçaqqazma — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qoçbaşı
Qoçbaşı - ümumilikdə bir neçə insan tərəfindən daşınan; vuraraq qapı qırmağa, aralamağa ya da divar dağıtmaq üçün istifadə edilən silah.. Keçmişdə düşmən atəşindən qorunmaq üçün daxmaya oxşayan taxta sığınacaqların içərisində daşınabilən versiyaları da mövcud olmuş qurğudur. Hal-hazırda əksəriyyəti metaldan düzəldilmiş qoçbaşları mühafizə və yanğınsöndürmə xidmətləri tərəfindən aktiv şəkildə istifadə edilir. Keçmişdə qoçbaşları ağac gövdələrindən düzəldilirdi və hədəfə vurulan ucları ümumilikdə qoç başları şəklində düzəldilirdi. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb alətidir. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.
Qoçbek
Qoçbəyli (əvvəlki adı:Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır. Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Qoçbuynuz Xanlıq
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Qoçbuynuz Xanlıq xalçaları
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Qoçbəyli
Qoçbəyli (əvvəlki adı:Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır. Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Qoçdağ
Qoçdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.
Qoçdərə
Qoçdərə — Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qoçdərə kəndi Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Oykonim qoç və dərə sözlərindən ibarət olub, "qoç dərəsi" və ya "erkək qoyunlar üçün otlaq yeri" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Çınqıldağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qoçhisar
Qoçhisar döyüşü- 1516-cı ildə baş verən Osmanlı-Səfəvi müharibəsi. Qoçhisar (Alaca) - Tükiyənin kəndi.
Qoçhisar (Alaca)
Qoçhisar — Çorumun Alaca ilçəsinə aid kənd.

Digər lüğətlərdə