QINCAMMAĞ

I
(Bakı)
gərnəşmək. – Adam adam olan yerdə qıncammaz; – Nə qıncanırsan belə?
II
(Bakı, Şamaxı)
məc. naz etmək. – Yaman qıncanırsan a:, gənə no:lub belə? (Bakı); – Qolunda var mərcanı, Əl vurmamış qıncanı (Şamaxı)
III
(Yardımlı)
güc sərf etmək, gücə salmaq. – Çox qıncamma, ürəggöbəgün düşər
QINCA-QINCA
QINCAMMAX