SIRT ÜSTÜ

arxası üstə
SIRT
SITMA
OBASTAN VİKİ
Sırt-Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Yengicə

Sırt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Üstü Xure
Üstü-Xure (Tuv. Үстүү-Хүрээ - Yuxarı Xure (monastır)) Tıvada ən böyük və ən məşhur Buddist monastırlarından biridir. Çadan çayının sağ sahilindəki Çaylaq-Alak təbii sərhəddində, Çadan şəhərindən 7 km cənub-şərqdə, Bajın-Alak kəndinə aparan yoldan 1,5 km cənub-şərqdə yerləşir. Üstü-Xure Daa-kojun ərazisində yerləşən iki ən böyük məbəd komplekslərindən biridir. Tuvanın mənəviyyat və dövlətçilik mərkəzidir. Tuva əlifbasının təməli Xure ərazisində qoyuldu, Tuva Xalq Respublikasının ilk sikkəsi vuruldu. Üstü-Xure Manastırı 1905-1907-ci illərdə noyon Haydıp tərəfindən qurulmuşdur. İnşaat, xüsusi olaraq dəvət edilmiş Tibet laması Kuntan Rimpoçenin rəhbərliyi və dizaynı həmçinin Çin ustalarının iştirakı ilə həyata keçirildi. Tibet monastırının layihəsini 1905-ci ildə Kuntan Rimpoçe gətirmişdir, lakin bəziləri bunun Tibet və Çinin memarlıq texnikalarını özündə birləşdirən tipik monqol binası olduğunu iddia edirlər: meylli dib Tibet binaları üçün tipikdir, ikinci dərəcəli yüngül taxta pavilyon isə Çinlilər üçündür. 1930-cu ildə xüsusi bir fərman qəbul edildikdən sonra monastır bağlandı.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.
Sırt Yengicə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Üstü örtülü bazar
Örtülü bazar — dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilən memarlıq-ticarət kompleksi. Orta əsrlərdə meydana gəlmişdir. Cənubi Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərində örtülü bazar nümunələri qalmışdır. Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı"dır.
Altı duru, üstü quru (film, 1983)