Saadet Partisi
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya.
Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur.
Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir.
2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib.
2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.