Saklıkent kanyonu
Saklıkent kanyonu— Antalya-Muğla sərhəddində yerləşən Eşen çayının qolu olan Karaçayın meydana gətirdiyi kanyon. Kanyon Fəthiyə şəhərinin 45 km-də yerləşir. Dördüncü dövrdə, 200 min il əvvəl formalaşmış bu kanyon Tavr dağlarına aid olan Beydağları silsiləsində yerləşir.
Saklıkent kanyonu 15 il əvvəl kəşf edilmişdir. Kanyonun uzunluğu 18 km, hündürlüyü 200 m, ən dar yerinin eni 2 metrdir. Kanyonun dar olması və ilin çox zamanı çayın bol sulu olması nəticəsində dərə boyu hərəkət etmək mümkünsüzdür. O üzdən kanyonun dik divarlarında 200 metrlik körpü-yol inşa edilmişdir. Kamyonun ilk 2 km-lik hissəsi asan keçilən, 7 km-lik hissəsi orta çətinlikdə olsa da, sona qədər kanyonu keçmək üçün xüsusi hazırlığa və peşəkarlığa ehtiyac var. Yay mövsümündə bu ərazini 180-200 min arası türist ziyarət edir. Kanyonun yerləşdiyi bölgədə 1996-cı ildən Saklıkent Milli Parkı yaradılmışdır.