Dərman sarımsaqotu
Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir.
== Yarpaq ==
Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir.
== Çiçək ==
Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir.
== Meyvə ==
Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur.
== Çiçəkləməsi ==
Aprel-May
== Meyvə verməsi ==
İyun-Avqust
== Azərbaycanda yayılması ==
BQ (Quba), Samur-Şabran oval., Xəzəryanı, Qobustan, Kür düz., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.-dağ., Lənkəran oval. Orta dağ qurşağına qədər.