SAYLI
SAYMA
OBASTAN VİKİ
Sayma gölü
Sayma gölü (fin Saimaa, isv. Saimen) — Finlandiyanın ən böyük gölü. Avropanın isə şirinsulu gölləri arasında dördündü göldür. Ölkənin cənub-şərqində yerləşir. Göl bir-biri ilə əlaqədə olan 8 iri və çoxlu sayla sayda su tutarının birləşməsi nəticəsində əmələ gəlmişdir. Gölün sahəsi 4400 km² təşkil edir. Sahil xətdinin uzunluğu 15 min km-dir. Göl daxilində 13710 ada vardır. Bu adaların ümumi sahəsi 1850 km²-dir. Göldən başlanğıcını götürən yeganə çay Vuoksadır.
Sayma nerpası
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir. Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Saymaluu-Taş
Saymaluu-Taş (qırğız dilində "işlənmiş" və ya "naxışlı daşlar" mənasını verir) ― Qırğızıstanın Cəlalabad vilayətində yerləşən petroqlif sahəsi. Ağ-qara rəngli şəkillər halındakı 10 000-dən çox - bəlkə də 11 000-ə qədər oyma təsvir bu yeri qayaüstü təsvirlərin dünya əhəmiyyətli kolleksiyası halına gətirmişdir. Bunlar aşağı vadidəki qədim insanların təqdim etdiyi qurbanların müqəddəs təqdimatdır. 29 yanvar 2001-ci il tarixində UNESCO üzrə Qırğızıstan Milli Komissiyası ərazinin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsini təklif etmişdir. Beləliklə bura "Saymaluu-Taş petroqlifləri" adı ilə UNESCO-nun ilkin siyahısına, (iii), (iv) və (vi) kriteriyaları üzrə mədəniyyət kateqoriyasının daxil edilmişdir. Petroqliflər 3,200 metr (10,500 ft) yüksəkliyindəki olan Fərqanə silsiləsində, alçaq bir dağ silsiləsi ilə ayrılmış iki yüksək vadidə yerləşir. Ərazi Kazarman kəndinin 30 kilometr (19 mil) cənubundadır. Kazarman kəndindən qısa bir məsafəyə qədər yalnız ciplərin gedə biləcəyi bir yol mövcud olsa da, ərazinin qalan hissəsinə təxminən bir gün boyunca piyada və ya atla getmək olar və bu ancaq təxminən avqust ayında mümkündür. Digər vaxtlarda mövcud olan qarlı hava şəraiti əraziya çatmağın praktik olmadığını göstərir. Gəzinti üç gün ciplə, yeddi gün atla davam edir.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz (Saman Həsənzadə) aprel 19, 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", "Dənizləri yelləndirən faciə" adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Qayıqda üç kişi (iti saymasaq)
Qayıqda üç kişi (iti saymasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. == Yazılma tarixçəsi == Cerom Klapka Cerom 21 iyun 1888-ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, "Qayıqda üç kişi (iti saymasaq)" ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında "Qayıqda üç kişi (iti saymasaq)" romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.

Digər lüğətlərdə