Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Örək
Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir. == Etimologiya == (Ör/Ür) kökündən törəmişdir.
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir.ŞəxslərÖzbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225).Yaşayış məntəqələriÖzbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Cerən Özbək
Cerən Özbək (15 noyabr 1998) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Cərən Özbək 1998-ci il noyabrın 15-də anadan olub. == Karyerası == Cerən Özbək 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cerən Özbək 1/4 final mərhələsində Meksika nümayəndəsi Brenda Lua ilə üz-üzə gəldi. Həmin görüşdə Cerən Özbək qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Abiqail Stones oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cerən Özbək rəqibinə 3:2 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Tailand nümayəndəsi Panipah Vonqfattanahit oldu. Həmin görüşdə üstün tərəf Panipah Vonqfattanahit idi. Nəticədə Cerən Özbək rəqibinə 1:22 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Cərən Özbək

Dursun Özbək
Dursun Aydın Özbek (25 mart 1949) — türk iş adamı və Türkiyənin "Qalatasaray F. K" çoxşaxəli idman klubunun 36-cı klub prezidenti. Qalatasaray Liseyini və İTU Maşın Mühəndisliyini bitirib. 1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərən Özbək, 1988-ci ildən bəri İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də operator kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. == Həyatı == Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. == Hərbi karyerası == Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.1995-ci ildə briqada general rütbəsinə çatan Özəl 172-ci Zirehli Briqadanın komandiri və Türkiyə Quru Qoşunları Daxili Təhlükəsizlik Əməliyyatları Müdirliyinin rəisi vəzifələrində çalışmışdı.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Özbək (Eldəniz)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək (Marağa)
Özbək (fars. ازبک‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (37 ailə).
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək (dəqiqləşdirmə)
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir.ŞəxslərÖzbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225).Yaşayış məntəqələriÖzbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Özbək Müzəffərəddin
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək dili
Özbək dili (özb. Oʻzbek tili; اۉزبېکچە, اۉزبېک تیلی) — əvvəllər türki olaraq bilinən, özbəklərin danışdığı türk dili. Özbəkistanın rəsmi və milli dilidir. Özbək dili dünyada 44 milyon insan (L1+L2) tərəfindən həm ana, həm də ikinci dil kimi danışılır ki, bu da onu türkcədən sonra ən çox danışılan ikinci türk dili edir. Özbək dilinin iki əsas variantı var: Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Çində danışılan Şimali Özbək dili və Əfqanıstan və Pakistanda danışan Cənubi Özbək dili.Özbək dili türk dil ailəsinin şərq türkcəsinə, qarluq qoluna aiddir. Ərəb, fars və rus dillərindən təsirlənmişdir. Özbək dilinin kiril qrafikalı əlifbası:Özbək dilinin latın qrafikalı əlifbası: == Mənbə == ASE, VII cild, Bakı, 1983, səh.
Özbək gimnaziyası
Özbək gimnaziyası (özb. Oʻzbek gimnaziyasi/Ўзбек гимназияси, qırğ. Өзбек гимназиясы, rus. Узбекская гимназия) — Qırğızıstanın İsfana şəhərində bir gimnaziya internat məktəbi. Gimnaziyanın rəsmi adı "Osman Matkərimov adına gimnaziya-orta məktəbi"dir (özb. Usmon Matkarimov nomli gimnaziya-oʻrta maktab/Усмон Маткаримов номли гимназия-ўрта мактаб, rus. Средняя школа-гимназия имени Усмона Маткаримова, qırğ. Усмон Маткаримов атындагы орто мектеп-гимназия). Məktəb İsfana kolxozunun sədri vəzifəsində işləmiş və şəhərin inkişafına böyük töhfə verən Osman Matkərimov adına layiq görülmüşdür. Gimnaziya "4 saylı gimnaziya" da adlanır, çünki Leylək rayonundakı 4-cü gimnaziyadır.
Özbək musiqisi
Özbək musiqisi — qədim köklərə malik musiqi irsi bizim günlərdə də janr rəngarəngliyini və monodik ifadə vasitələrinin zənginliyini qoruyaraq yaşadır. O, özündə xalq (bilavasitə folklor) və şifahi ənənəli peşəkar musiqi yaradıcılığını qovuşdurur. Bura mahnılar, instrumental pyeslər, dastanlar daxildir. == Xalq mahnıları == Mahnılar və instrumental melodiyalar iki cür olur: Müəyyən şəraitdə və ya müəyyən vaxtda ifa olunan - bura ailə, mərasim (toy, gəlin havaları, dəfn, matəm), ovsun mahnıları, əmək və beşik mahnıları, müxtəlif adət–ənənələr, kütləvi tamaşalar zamanı ifa olunan instrumental melodiyalar aiddir. Hər zaman və hər yerdə ifa olunan - bura özbək mahnı janrları olan terma, koşuk, lapar, yalla və aşula, həmçinin, analoji planda müxtəlif instrumental pyeslər daxildir. Çoxcəhətli məhəbbət lirikası, satira və yumor, tarixi mövzu, ictimai etiraz bu janrlardan hər birinin əsasını təşkil edə bilər.Terma melodiyanın reçitativliyi (danışığabənzər oxuma), kiçik diapazonu və yığcam forması ilə xarakterizə olunur. Onun mətnini 7-8 hecalı misralardan ibarət müxtəlif məzmunlu barmak xalq şeir forması təşkil edir. Ən uzun, mürəkkəb termalar baxşilər tərəfindən ifa olunur. Barmak şeir forması həm də koşuk, lapar, yalla mahnı janrlarında işlədilir.Koşuk – nəqəratli, kiçik diapazonlu, barmak şeirinin 1-2 misrasını əhatə edən sadə qafiyəli (örnəyin: aabb, aaba, abab) mahnıdır xarakterik deyil, bu da müəyyən ölçülü, dəqiq ritm əmələ gətirir. Koşukun ritmi dəqiq, müntəzəmdir, hecalar uzadılmır.
Özbək türkcəsi
Özbək dili (özb. Oʻzbek tili; اۉزبېکچە, اۉزبېک تیلی) — əvvəllər türki olaraq bilinən, özbəklərin danışdığı türk dili. Özbəkistanın rəsmi və milli dilidir. Özbək dili dünyada 44 milyon insan (L1+L2) tərəfindən həm ana, həm də ikinci dil kimi danışılır ki, bu da onu türkcədən sonra ən çox danışılan ikinci türk dili edir. Özbək dilinin iki əsas variantı var: Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Çində danışılan Şimali Özbək dili və Əfqanıstan və Pakistanda danışan Cənubi Özbək dili.Özbək dili türk dil ailəsinin şərq türkcəsinə, qarluq qoluna aiddir. Ərəb, fars və rus dillərindən təsirlənmişdir. Özbək dilinin kiril qrafikalı əlifbası:Özbək dilinin latın qrafikalı əlifbası: == Mənbə == ASE, VII cild, Bakı, 1983, səh.
Özbək xan
Özbək xan (1282, Qızıl Orda – 1341, Saray-Batu) — Qızıl Orda dövlətinin doqquzuncu xanı. == Həyatı == Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 1313-cü ilin yanvarında xan olmuşdu. Onun müsəlman olaraq monqol qanunlarına qarşı çıxması Ağ Orda xanı İlbasan xanın ona üsyan etməsinə səbəb oldu. O beləliklə dağılmış xanlığı mərkəzləşmiş hakimiyyətə sahib sultanlığa çevirdi. Ondan sonrakı bütün xanlar müsəlman idi. == Hakimiyyəti == Xanın 300.000 əsgərdən çox ordusu var idi.
Özbək xanlığı
Özbək xanlığı— 1428–1468-ci illərdə iqtidarda olmuş dövlət. == Tarixi == Uluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 1431-ci ildə Gürgənci və Xarəzmi, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər əraziləri öz hakimiyyəti altında birləşdirərək, "Özbək xanlığı"nı (1428–1599) yaratmışdı. Şеybanilərin davamçıları olan Özbəklər Əbülxeyr xanın (1428–1468) başçılığı ilə hücum edərək Türküstana girmiş, Səmərqəndi Teymurlulardan almışdı. Bəlxdə üsyan edən oğlu Rüknəddin Əbdüllətifin oyununa düşən Uluqbəy Özbəklərə məğlub olaraq 1449-cu ildə edam edilmişdir. Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra isə Teymuroğulları və nəhayət, Səfəvilərin ağır zərbələri nəticəsində parçalanmış, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax Türklərinin əlinə keçmiş, digər yerlərdə isə Buxara xanlığı (1599–1785), Xivə xanlığı (1512–1920), Kokand xanlığı (1710–1876) və Kaşğar-Turfan xanlığı (XV əsrin əvvəllərindən 1877-ci ilə qədər) kimi müstəqil xanlıqlar yaranmışdı.
Özbək Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) institutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AEA-nın Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. == Elmi fəaliyyəti == Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
Özbək ədəbiyyatı
Özbəkistan ədəbiyyatı — Özbəkistanlı şair və yazıçıların Özbəkistan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. == Qədim özbək ədəbiyyatı == == Teymurlular dövrü ədəbiyyatı == == XIX yüzil Özbək ədəbiyyatı == == Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri == Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu məsələyə böyük önəm verərək demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Ölkəmizin yaradıcılıq ittifaqları mədəni əlaqələrin yaranması və inkişafında yaxından iştirak edir. Bu əlaqələrin forma və vasitələri zəngin, coğrafi dairəsi geniş, əhəmiyyəti isə böyükdür.
Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının başqanvəkili, 3 iyun 2023-cü il etibarilə Cümhuriyyət Xalq Partiyası fraksiyasının başqanı Türk siyasətçi və əczaçı. == Həyatı == Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir. == Siyasi kariyerası == Özgür Özəl 2009 bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa bələdiyyə başçısı postuna namizəd oldu.
Özəl detektiv
Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv. == Azərbaycanda == Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır. == İncəsənətdə == Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir. Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar. Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Özəl detektiv ilə əlaqəli mediafayllar var.
Ərsan Özər
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Oze
Oze (fr. Auzet, oks. Auset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04017. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 67.3%). Fəal olan 44 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Özer Yurteri
Özer Yurteri (28 dekabr 1949, İzmir) — Türkiyə futbolçusu. == Karyerası == === Klub === 1968–1977-ci illərdə Göztəpədə oynamışdır. 1978–1981-ci illərdə isə Bursasporda oynamışdır. === Milli === Türkiyənin müxtəlif milli komandalarında 27 dəfə meydana çıxmışdır.
Cozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. == Həyatı == Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.