SİDDİQƏ

Sadiq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SİÇOVUL
SİDERİT
OBASTAN VİKİ
Siddiqə Məmmədova
Siddiqə Rza qızı Məmmədova (8 mart 1925, Şəhriyar – 5 avqust 2017, Bakı) — Görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonu rayonunun Şəhriyar kəndində anadan olub və orda natamam orta məktəbi bitirmişdir. 1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir. 1943—1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1948-ci ildə AKTİ-də entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə “Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir. 1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmiş və hal-hazırda da bu vəzifədə çalışır. 1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmış. müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1973-cü ildən isə ona professor, 1981-ci ildən “Əməkdar Elm Xadimi” adı verilmişdir.
Siddiqə Qədimova
Siddiqə Rza qızı Qədimova (1912–1986) — Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun qızı. "Sovet Ermənistanı" qəzetində çalışmış, SSRİ Ali Sovetinin deputatı seçilmiş, İrəvanda ilk dəfə olaraq Azərbaycan radio verilişlərini hazırlamış, ömrünün son günlərinə qədər həmin redaksiyada şöbə müdiri olmuşdur.

Значение слова в других словарях