SİKLOPİK TİKİLİLƏR

Qədim mədəniyyətlər inkişaflarının müəyyən səviyyəsinə çatdıqda nəhəng tikililər ucaltmağa başlayırdılar. Bu zaman müasir inşaat materiallarının mövcud olmamasına baxmayaraq, həmişə daşdan istifadə olunurdu. Emal edilmiş qaya parçaları nə qədər iri olurdusa, qədim insanların gözündə öz əməklərinin nəticəsi bir o qədər zəhmli görünürdü.

Belə ki, qədim misirlilər nəhəng ehramları hələ e.ə. 1200-cü ildə ucaltmışdılar. Min illər sonra Mikenadan olan yunanlar şəhərlərinin ətrafında qalın divarlar tikmiş, Britaniya adalarının sakinləri isə Stoun­hençdə şaquli şəkildə dik qoyulmuş iri qaya parçalarından tikili inşa etmişdilər.

Mədəniyyətlərdən birinin çökməsi, digərinin isə tədricən ayağa qalxması ilə belə tikililərin yaranma səbəbləri, həmçinin onları ucaldan insanların adları yaddan çıxırdı. Belə ki, qədim yunanların qədim Mikena və onun sakinləri haqda çox az məlumatları var idi. Belə hesab edilirdi ki, bu möhtəşəm şəhərin divarlarını ilk inşa edən nəhəng təpəgöz siklop olub. Bu səbəbdən də yonularaq bir-birinə uyğunlaşdırılmış qaya parçalarından ibarət istənilən tikiliyə siklopik deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

SİKLON
SİQLƏT
OBASTAN VİKİ
Kiklop tikililər
Kiklop (Siklop, Təpəgöz) tikililər — tunc dövründə yaşamış ibtidai insanların yaşadığı süni mağaralardır. Bəşər övladı özünün fiziki imkanlarına bələd olduqca yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. İnsanı ilk düşündürən hər cür kənar təsirlərdən özlərini daimi muhafizə edə biləcəkləri yerin seçilməsi və ya özləri tərəfindən yaradılması idi. Bu məqsədlədə insanlar təbi mağaralarla yanaşı süni yaşayış yerləridə inşa etməyə başlamışlar. İlkin çağlarda bəsit inşat işlərinə başlayan əcdadlarımız sonrakı bəşəri sivilizasyaya səbəb ola biləcək addımlar atmışdır. Bu baxımdan antiq yaşayış sahələrinin öyrənilməsi strateji istiqamət kimi Arxiyoloqları, eləcə də etnoqrafları maraqlandırmalıdır. Kiklop (Siklop, Təpəgöz) tikililəri son tunc və ilk dəmir dövrünə aid edirlər. Kəlbəcər rayonu Ağcakənd kəndinin 13–14 km də Balxıdüzü adlanan ərazidə geniş bir sahəni əhatə edən nəhəg qaya parcalarında, böyük daş buloklardan inşa edilən bu tikilinin Azərbaycanda analoqu yoxdur. Ölkəmizdə olan Siklop qalacalar mövcuddur lakin bu qalacalardan fəriqli olaraq Balxıdüzü siklopu daha yüksək və daha mötəşəmdir. Ehtimalki bu Siklop tiklilər düşmən hucumundan müdafiə olunmaq məqsədilə inşa edilib.
Siklop tikililər