SİMLƏMƏK

Bir ehtimala görə, kökü (sim) farscadır. İltihabla bağlı mikrobun qana keçməsini bildirir. Lakin qarşıya sual çıxır: Sim sözü fars dilində “gümüş” və “tel” mənasında işlədilir. Bunun yaranın iltihabı, mikrobun qana keçməsi ilə nə əlaqəsi ola bilər? Bir neçə mülahizə:

1. Dəmrov dəmirlə bağlı olduğu kimi, simləmə də gümüşlə bağlı ola bilər (simləmiş yara gümüş rəngdə olur).

2. Söz farsca deyil, türkcədir. Anadolu türklərində sincə sözü var, mənası “daxilə keçən” deməkdir. Güman ki, sözün əsli simləmə deyil, sincələmədir və sonradan simləmə şəklinə düşüb. Sim sözünün bir mənası da “irin” deməkdir. Yaranın simləməsi onun çirk eləməsi ilə bağlıdır. Bu daha inandırıcı variantdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SİMBİRSK
SİMSAR

Значение слова в других словарях