SİNKLİNORİUM

yun. synklino – əyilirəm + yun. oros – dağ

SİNKLİNAL
SİNONİM
OBASTAN VİKİ
Sinklinorium
Sinklinorium - iri ölçülü, mü­rəkkəb quruluşlu struktur. Ümumiyyətlə, sinklinal quruluşlu olub nisbətən kiçik qırışıqlardan ibarətdir. Adətən geosinklinal çökəkliklərin yerində geosinklinal sistemin inversiyası və qırışıqlıq prosesi ilə əlaqədar əmələ gəlir. Sinklinoriumdaxili qalxımın (geoantiklinalın) çökəkliyə çevrilməsi və ya uzun müddət davam edən çökmənin yerində irsi olaraq əmələ gələ bilər. Birinci halda qeyri-uyğun yatan inversiyadan sonrakı formasiyalarla səciyyələnən çevrilmiş sinklinorium, ikinci halda isə erkən və geç geosinklinal formasiyaların uyğun yatan, tam və çox qalın kəsilişləri olan çevrilməmiş sinklinorium formalaşır. Köhnəlmiş termin. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.