TƏRBİYƏSİZ

TƏRBİYƏSİZ (müxtəlif mənalarda) Loğalanıb, a görməmiş, çox da belə fırıldama; Tərbiyəsiz aşaq kimi boş-boşuna hırıldama (M.Ə.Sabir); BİTƏRBİYƏ Amma İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından artıq narazı idi.. (S.S.Axundov); BİTƏRBİYƏT Elmimiz kimsənə hünərsizdi; Elmi-bitərbiyət səmərəsizdir (S.Ə.Şirvani); ƏDƏBSİZ Ey üzü qarə, füzul, ədəbsiz; Heç bildiniz nədir ədəb siz (Xətayi); ƏXLAQSIZ, Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir (M.S.Ordubadi); NƏZAKƏTSİZ Mən, ilk baxışda nəzakətsiz görünən bu sadə insanların yaratdığı xariqələri gördükcə öz-özümə deyirdim: “Yox, bütün dünyanı bəzəyən .. onlardır” (M.Hüseyn); BİƏDƏB, KÜSTAX.

TƏRBİYƏLİ
TƏRBİYƏSİZLİK

Digər lüğətlərdə