VƏRƏMLƏMƏK

1. VƏRƏMLƏMƏK (tib., vərəm xəstəliyinə tutulmaq) [Dursun:] Yazıq Gülsənəm acından, fikirdən vərəmlədi, – deyirdilər (A.Şaiq); VƏRƏMLƏNMƏK Millətin dərdi ilə qəmləndin; Bulmadınmı dəva, vərəmləndin? (A.Səhhət); DIĞLAMAQ Dığlar insan çıxmasa bu xaneyi-bərbaddən (M.Ə.Möcüz).

2. VƏRƏMLƏMƏK (məc.) Vaqif haqdan dilər lütfü kərəmlər; Belə yerdə qalan vallah vərəmlər (M.P.Vaqif); DƏRDƏ DÜŞMƏK Burda bir çoxu düşəcək dərdə.. (S.Vurğun); DIĞLAMAQ [Dilara:] Burada adam dığlayar ki.. (Ş.Qurbanov).

VƏRƏM
VƏRƏSƏ

Digər lüğətlərdə