1. VƏZİYYƏT Şərqdə törəyən vəziyyət təfsilatı ilə müzakirə olundu (Çəmənzəminli); BABƏT (köhn.) Zülf bir yana düşər, gərdən bir yana; Özün bilməz, bir özgə babət olur (M.P.Vaqif); HAL Bunların halını neçə min il bundan qabaqkı Roma, yunan və ya tövrat zamanın arvadlarının halı ilə müqayisə etsəniz, əlbəttə görərsiniz ki, bizimkilərin indiki halı onların keçmişindən fənadır (Çəmənzəminli); HALƏT (köhn.) [Bahadır:] Mən sizin əlinizi tutanda bu halətdə olurdum, yəni sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mənə həzin-həzin söyləyirdi (N.Nərimanov); ÖVZA Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi (Ə.Haqverdiyev); VƏZ (köhn.) Bu vaxtdan məclisin vəzi dəyişib Hacı Qaranın evi nəzərə gəlir (M.F.Axundzadə).
2. vəziyyət bax mövqe