Vyetnam mətbəxi
Vyetnam mətbəxi — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mətbəxi.
Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir.
Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri də geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib.
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən çox fərqlənir.