Flüor
Bu məqaləni vikiləşdirmək lazımdır. |
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | Ftor, F, 9 | |||||
Qrup, Dövr, Blok | 7, 2, p | |||||
Xarici görünüşü | yaşıla çalan sarı qaz | |||||
Atom kütləsi | 18.9984032 q/mol | |||||
Elektron formulu | 1s2 2s2 2p5 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) 1.7 q/L | |||||
Ərimə temperaturu | -219.62 °C (53.53 K, -363.32 °F) | |||||
Qaynama temperaturu | -188.12 °C (85.03 K, -306.62 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Ftor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, ftor atomu elektronu özünə daha güclü cəzb edir, yəni ftor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir.
Tapılması,təbii birləşmələri
Ftor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Ftorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Ftoriddir. Ftor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur.
Atom xüsusiyyətləri
- Kristal quruluşu-kub
- Atom radiusu- 50 pm
- Atom radiusu(hes.)- 42 pm
- Kovalent radiusu-72 pm
Alınması
Halogenlərdən yalnız Ftor duzların ərintisinin elektrolizi ilə alınır.
Fiziki xassələri
Ftor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Tətbiqi
Halogenlər içində tətbiqinə görə Xlordan sonra 2-ci yeri tutur. Ondan üzvi birləşmələrin ftorlaşdırılmasında istifadə edilir. Ftor və birləşmələri, uran başda olmaq üzrə, çox sayda ticari kimyəvi maddənin istehsalında istifadə olunur. Hidroflorik turşu, işıqlandırma lampalarının şüşələri üzərinə yazı yazılması əməliyyatında istifadə olunarkən; son illərdə ozon təbəqəsi üzərindəki zərərli təsirlərindən ötəri istehsalı və istifadəsi məhdudlaşdırılmağa çalışılan kloroflorokarbon qazları (CFC) ventilyasiya və soyutma cihazlarından istifadə edilir. Teflon tərkibində də ftor yer alır. Ftor insan orqanizmində sümüklərdə vardır . Diş pastaları tərkibində olan ftorit, müəyyən bir faizin altında olduğu müddətcə, diş çürüklərinin meydana gəlməsini önləyər. Element halındakı ftor, yüksək spesifik itələyici gücü səbəbiylə, raketlərdə itələyici qüvvə təmin etmək məqsədi ilə sınanır. Ftor ən güclü qeyri-metal olduğundan heç bir atoma elektron vermir və maksimum oksidləşmə dərəcəsi digər halogenlər kimi +7 yox, 0 olur.