Flüor

Vikipediya, azad ensiklopediya
Anar kerimxanov (müzakirə | töhfələr) (Kateqoriya:Ftor silindi HotCat ilə) tərəfindən edilmiş 08:43, 26 may 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
9 oksigenFlüorneon
-

F

Cl
Ümumi
Ad, İşarə, Nömrə Flüor, F, 9
Qrup, Dövr, Blok 7, 2, p
Xarici görünüşü yaşıla çalan sarı qaz
Atom kütləsi 18.9984032 q/mol
Elektron formulu 1s2 2s2 2p5
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
1.7 q/L
Ərimə temperaturu -219.62 °C
(53.53 K, -363.32 °F)
Qaynama temperaturu -188.12 °C
(85.03 K, -306.62 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir.

Tapılması,təbii birləşmələri

Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur.

Atom xüsusiyyətləri

  • Kristal quruluşu-kub
  • Atom radiusu- 50 pm
  • Atom radiusu(hes.)- 42 pm
  • Kovalent radiusu-72 pm

Alınması

Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır.

Fiziki xassələri

Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.

Tətbiqi

Halogenlər içində tətbiqinə görə Xlordan sonra 2-ci yeri tutur. Ondan üzvi birləşmələrin ftorlaşdırılmasında istifadə edilir. Flüor və birləşmələri, uran başda olmaq üzrə, çox sayda ticari kimyəvi maddənin istehsalında istifadə olunur. Hidroflorik turşu, işıqlandırma lampalarının şüşələri üzərinə yazı yazılması əməliyyatında istifadə olunarkən; son illərdə ozon təbəqəsi üzərindəki zərərli təsirlərindən ötəri istehsalı və istifadəsi məhdudlaşdırılmağa çalışılan xloroflüorokarbon qazları (CFC) ventilyasiya və soyutma cihazlarından istifadə edilir. Teflon tərkibində də flüor yer alır. Flüor insan orqanizmində sümüklərdə vardır . Diş pastaları tərkibində olan flüorit, müəyyən bir faizin altında olduğu müddətcə, diş çürüklərinin meydana gəlməsini önləyər. Element halındakı flüor, yüksək spesifik itələyici gücü səbəbiylə, raketlərdə itələyici qüvvə təmin etmək məqsədi ilə sınanır. Flüor ən güclü qeyri-metal olduğundan heç bir atoma elektron vermir və maksimum oksidləşmə dərəcəsi digər halogenlər kimi +7 yox, 0 olur.