İradə Əliyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İradə Əliyeva
İradə Əliyeva 2016-cı il Yay Paralimpiya Oyunlarında
İradə Əliyeva 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı İradə Azad qızı Əliyeva
Vətəndaşlığı
Doğum tarixi 27 dekabr 1991(1991-12-27) (32 yaş)
Doğum yeri
Boyu 162 sm. (5 ft 6 in)
İdman növü Yüngül atletika
Məşqçisi Bəxtiyar Zeynalov

İradə Azad qızı Əliyeva (27 dekabr 1991, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.

Həyatı

İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997–2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur.

Karyerası

İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu.

2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə İradə Azad qızı Əliyeva 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

İstinadlar

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.