Sərabi xalçaları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xalça
Sərabi xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Təbriz xalçaçılıq məktəbi
Digər məlumatlar
Material Pambıq[1], Yun

Sərabi xalçalarıTəbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Bu xalçalar adlarını TəbrizƏrdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur.

Tarixi

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

  • - Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınja assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir.
  • - Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.

Bitki ornamentləri demək olar ki, punktir xətlərlə toxunub, bu da müəyyən mənada Qarabağ xalçalarını xatırladır.[2]

Həmçinin bax

İstinadlar

  1. Sarāb carpet // Encyclopædia Britannica (ing.).
  2. "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". azerbaijan.az (az.). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.