Türkoba (Masallı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Türkoba
38°52′46″ şm. e. 48°42′13″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Türkoba xəritədə
Türkoba
Türkoba

TürkobaAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Əhalisi

Əhalisi 2662 nəfərdir.[2]

Toponimiyası və tarixi

Oykonim türk etnonimi və oba "yaşayış yeri" komponentlərinin birləşməsindəndir.[3]

Türkoba kəndi 1284-cü ildə Elxanlılar sülaləsi tərəfindən Mərkəzi Asiyadan Azərbaycana, o cümlədən Azərbaycan ərazisinə köçəri Türk tayfalarının köçürülməsi nəticəsində salınıb. Bununla bağlı əsas mənbələrdən biri Elxanlıların (Hülakülər) vəziri Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" əsəridir və orada bu əraziyə köçürülmüş müxtəlif tayfaların və yerlərin adları, o cümlədən Türkoba adı qeyd edilir. Azərbaycan ərazisində bir sıra obalar salan köçəri boylardan birinin Türkobanı məskunlaşdırdığı bildirilir. Bu barədə bir sıra müasir araşdırmalarda, o cümlədən bölgənin tarixini və toponimlərini araşdıran kitablarda da qeyd edilir. Məsələn, Mirhaşım Talışlının "Lənkəran" adlı kitablnda və digər əsərlərdə bu barədə ətraflı məlumat verilir. Qeyd edilən tarixdə Azərbaycan ərazisində məskən salan və din baxımından tenqriçi olan həmin köçəri Türk tayfaları İslam dinini yerli əhali vasitəsilə qəbul etdikdən sonra oturaq həyata keçmişdir.

Tanınmış şəxsləri

  1. Pedaqoq-alim Qulamhüseyn Əliyev
  2. Akademik Bahadur Tağıyev
  3. Hacı Mirəziz Seyidzadə
  4. Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Aydın Ağayev
Türkobada gün batarkən.

Həmçinin bax

Jindi

Kıncıvo

Monidigah

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

2.Fəzlullah Rəşidəddin, "Cami-ət-təvarix" əsəri

3.Mirhaşım Talışlı, "Lənkəran" kitabı