Babakücə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Babakücə kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[2]
Babakücə | |
---|---|
38°56′ şm. e. 48°38′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhali kəndi Bobokümə adlandırır. Bobo (kənddəki Cahangir pirini belə adlandırırlar) və kümə (talışca "məhəllə", "küçə") sözlərindən ibarət olan bu toponim "pir məhəlləsi, pir kəndi" kimi izah olunur. Oykonim baba (dağ) və kücə (kuca türk dillərində "əhatə olunmuş", "dövrələnmiş, tutulmuş") sözlərindən düzəlib, "dağla əhatə olunmuş yer, dağlıq ərazi" deməkdir.[3]
Əhalisi 691 nəfərdir.[4]
Kənddə Babakücə kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
Masallı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |