Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]
Həsənli | |
---|---|
39°06′45″ şm. e. 48°42′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2731 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4418[1] |
Əhalisi 2731 nəfərdir.[3]
Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[4]
Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.