Xəlfələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xəlfələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Xəlfələr | |
---|---|
39°01′ şm. e. 48°36′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Keçmiş adı Milli Xəlfələr olmuşdur. Sonralar oykonimin birinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Muğanın şimalında yaşamış Şahsevənlərə mənsub xəlfələr nəslin məskunlaşması nəticəsində yaranmışdır.[2]
Əhalisi 721 nəfərdir.[3]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |