Yusifli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Yusifli kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Yusifli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Kəndin keçmiş adı Mollaabad olmuş, yerli əhali arasında Molla Yusiflər də adlanır. Yaşayış məntəqəsi Lürən kəndinin bir məhəlləsi əsasında yaranmışdır. Kəndin ilk sakinləri mollayusiflər nəslinə mənsub ailələr olduğundan kənd belə adlandırılmışdır.[3]
Əhalisi 158 nəfərdir.[4]
Masallı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |