Güllütəpə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]
Güllütəpə | |
---|---|
39°02′55″ şm. e. 48°34′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 73 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2246 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4417[1] |
XIX əsrin 70-ci illərində rayonun Xallıcalı kəndindən və Cənubi Azərbaycandan gəlmiş ailələrin Güllütəpə adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim "güllü, çiçəkli təpə" mənasındadır. [4]
Masallı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən bu kənd Burovar silsiləsinin ətəyində yerləşir. Güllütəpə kəndində XIX əsrə aid Əmir türbəsi var.[mənbə göstərin]