Ətcələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ətcələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Ətcələr kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Ətcələr | |
---|---|
39°03′26″ şm. e. 48°42′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir.[3]
Əhalisi 920 nəfərdir.[4]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |