Ninəlov — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Ninəlov kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[2]
Ninəlov | |
---|---|
38°58′ şm. e. 48°36′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əsl yerli adı Niləlovudur. Kəndin adı talış dilindəki nil (azat ağacının adı) və hvu (yer) sözlərindən ibarət olub (-a bitişdirici saitdir), "nil ağaclığı" mənasındadır.[3]
Bu kəndin sakinləri XVI əsrdə I Şah İsmayılın dövründə müxtəlif döyüşlərdə yüksək şücaət göstərmişlər. Həmin əsrdə döyüşlərin birində indiki "penə kon" adlanan yerdən bir az yuxarıda Səhhət qalası tikilməsinə başlanılır və bunu öz döyüşçülərin ən etibarlı və zəhmətkeşlərinə tapşırır. Kənd sakinləri həmin yeri indi Qala Sütun dağı adlandırırlar.
XVI əsrə aid "Yuxarı Evlər"adlanan Talış dağlarının Burovar silsiləsinin ətəklərində yerləşən yaşayış məskəni mövcud olmuşdur. Hazırda bu yerdə talışca "penə kon" adlanan qəbiristanlıq qalmaqdadır. Bir çox alimlər belə nəticəyə gəlmişdilər ki, həmin qəbiristanlıqda arxeoloji qazıntılar aparsınlar. Kəndin tarix müəllimləri bununla həmin alimləri məlumatlandıraraq belə qərara almışdılar ki, həmin dövrdə ağır xəstəlik nəticəsində kütləvi sürətdə bir çox kənd sakini dünyasını dəyişdiyinə görə orda arxeoloji qazıntılar aparmasınlar. Təqribən 7 əsrdən çox yaşı olan kənddir.
Əhalinin sayı 420 nəfərdir.[4]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |