Təzəkənd — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Təzəkənd kəndi Yeddioymaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır.[1]
Təzəkənd | |
---|---|
38°57′29″ şm. e. 48°48′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim rayonun Zuvand adlanan mahalndan köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır, Təzəkənd Yeni kənd mənasındadır.
Kənd 1936-cı ildə yaradılmışdır.
Kənd Azərbaycanın cənub-şərqində, Xəzər dənizi<nin Qızılağac körfəzi sahilində, Bakı-Astara avtomobil yolunun sol hissəsində yerləşir. Rayonun Qızılağac, Sərçuvar və Lənkəran rayonunun Qumbaşı kəndləri ilə həmsərhəddir.
Əhalisi 2865 nəfərdir.[2] Əhalisini milli mənsubiyyətə görə azərbaycan türkləri təşkil edir.[3] Əhalinin əksəriyyəti şiələrin yeddinci imamı Museyi Kazim (ə)-ın nəslindən olub seyyiddir.
Əhali əsasən ovçuluq, qismən heyvandarlıq və əkinçiliklə məşğuldur.
Kənddə kitabxana və poçt var.
Kənddə R.Nəbiyev adına orta məktəb fəaliyyət göstərir.
Kənddə 2 məscid fəaliyyət göstərir.
Kənddə tibb məntəqəsi mövcuddur.
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |