Ümumi seçki hüququ

Səsvermə demorkatiyanın ən vacib ünsürlərindən biridir.

Ümumi Seçki hüququ — irqindən, etnik mənsubiyyətindən, dilindən, cinsindən, gəlirindən, var-dövlətindən və s. xüsusiyyətlərindən asılı olmayaraq bütün yetişkin şəxslərə səsvermə hüququnun verilməsi nəzərdə tutulur.[1] XIX əsr siyasi islahatçıları tərəfindən bu termin yalnız kişilərin ümumi seçki hüququ mənasında işlədilirdi. Bu terminin qadınlara da aid edilməsi qadınlara seçki hüququnun verilməsi uğrunda gedən mübarizə zamanı baş verdi.[2][3]

Səsvermə hüququnun xüsusiyyətləri baxımında ölkələr arasında müəyyən fərqlər vardır. Ölkələrdə səs verə bilmək üçün minimum yaş 18–25 arası dəyişir. Bəzi ölkələrdə isə əqli problemləri olan insanlara, müəyyən qrup cinayətkarlara səsvermə hüququ aid edilmiş, bəzi hallarda isə bu məhrumiyyət cəza kimi istifadə edilir.

ABŞ-də seçki hüququ çox zaman qadınların seçki hüququ ilə əlaqəli formada istifadə olunur. Qadınlara seçki hüququnun verilməsi hərəkatı XIX əsrin ortalarında başlamış və öz zirvəsinə 1920-ci ildə çatmışdır. Bu ildə ABŞ konstitutsiyasına edilən XIX düzəlişlə seçki hüququ qadınlara da aid edildi. Bir çox ölkədə kişilərə ümumi seçki hüququnun verilməsindən bir nəsil sonra bu hüquq qadınlara da şamil edilmişdir. Lakin bu hələki yalnız səsvermə hüququ idi, qadınların namizəd ola bilməsi isə daha sonra mümkün olmuşdur. Fransada 1944, Yunanıstanda 1952, İsveçrədə 1971-ci ilə qədər qadınların səsvermə hüququ yox idi.

İlk demokratiyalarda hökumətlər həmişə seçki hüququnu müəyyən əmlak, vergi senzləri, var-dövlət məhdudiyyətləri ilə kişi əhalinin belə çox az hissəsinə şamil etmişdir. Bəzi ölkələrdəki qanunlara görə səsvermədə iştirak edə bilmək üçün vətəndaşlar müəyyən dinə mənsub olmalı və bunu sübut etməli idi. XIX əsr boyunca ümumi seçki hüququna nail olmaq üçün Şimali AmerikadaBöyük Britaniyada mübarizə getmişdir və buna bütün müasir demokratiyalarda zamanla nail olunmuşdur.

Seçki hüququnun genişləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Fransada Yakobinçilərin 1793-cü ildə qəbul etdiyi konstitutsiyaya görə bütün yetişkin kişilərə səsvermə hüququ verilirdi. Fransa bunu edən ilk böyük ölkədir. Lakin bu Yakobin diktaturasının çökməsinə görə heç vaxt praktikada öz əksini tapa bilmədi. 1848-ci il inqilabından sonra II Respublika da (Fransa) bütün yetişkin kişilərə ümumi seçki hüququ vermişdi.

Fransız inqilabının ardınca, XIX əsrin əvvəllərində qərb dünyasında ümumi seçki hüququ uğrunda mübarizə aparan ilk hərəkatlar yaranmağa başladı. Bu hərəkatların əksəriyyətinin əsas tələbi əmlak senzinin ləğvi idi. 1867-ci ildə Almaniya bütün yetişkin kişi vətəndaşlara ümumi seçki hüquq verdi. ABŞ-də vətəndaş müharibəsindən sonra qullar azad edildi və onlara da vətəndaşlıq hüquqları verildi. Lakin bəzi ştatlarda onların vətəndaşlıq hüquqları xeyli məhdudlaşdırılmışdı. XIX əsrin sonları və XX əsrin əvvəllərində qərb dünyasında və Böyük Britaniyanın koloniyalarında ümumi seçki hüququ hərəkatı artıq səsvermə hüququnun qadınlara da şamil edilməsi üçün mübarizə aparırdı.

1906-cı ildə Finlandiya knyazlığında qadınlara ümumi seçki hüququ verildi. Yeni Zelandiyadan fərqli olaraq finlər qadınlara həm seçkilərdə səs vermək, həm də namizəd olmaq hüququ vermişdilər. Qadınlara bu haqları verən Avstraliyadansa əsas fərq onda idi ki, finlər heç bir etnik diskriminasiyaya yol verməmişdilər. Beləliklə, Finlandiyada dnyanın ilk qadın parlament üzvü seçildi.[4][5]

Fransada I Respublika 1792-ci ildə kişilər üçün ümumi seçki hüququnu qəbul etmişdi. Bu ilk milli sistem idi ki, səsvermək və qeydiyyatdan keçmək üçün lazm olan bütün senzləri ləğv etmişdi. Yunanıstan 1830-cu ildə, İspaniya 1869-cu ildə, Fransaİsveçrə isə 1848-ci il inqilablarının gedişində kişilərə ümumi seçki hüququ verdi. XIX əsrdə bir neçə Latın Amerkası ölkəsi və Afrikada Liberiya bütün kişilərə ümumi seçki hüququ verdi, lakin sonradan bəzi senzlər barədə qərarlar da qəbul edildi və ümumi seçki hüququ məhdudlaşdırıldı. 1871-ci ildə Alman imperiyası kişilərə ümumi seçki hüququ verdi.

Avropa İttifaqı yeganə millətlər üstü orqandır ki, ümumi seçki hüququ ilə seçilmişdir (1979).

ABŞ-də Yenidənqurma dövründə, 1870-ci ildə XV düzəliş qəbul edilmişdi. Bu düzəlişə görə irqinə, rənginə və əvvəlki vəziyyətinə görə (qulluq nəzərdə tutulur) vətəndaşların seçki hüququnu nə ABŞ, nə də hər hansısa ştat məhdudlaşdıra bilməzdi. Bu düzəliş ABŞ Vətəndaş müharibəsindən və Köləliyin ləğvi qərarlarından əvvəl cənub hissədə yaşayan zəncilərin seçki hüququna zəmanət verməli idi. Bu düzəlişə baxmayaraq, ümumi seçki hüququ keçmiş Konfederasiya ştatlarında 1877-ci ildən sonra belə zəncilərə şamil edilmədi. Buna nail olmaq üçün ştatlar müxtəlif yollardan — vergi limiti, oxuma-yazma testləri və baba kimliyi — istifadə edirdilər.[6] Kimki səs vermək üçün aktiv şəkildə fəaliyyət göstərirdi, ona qarşı fiziki gücdən istifadə edilirdi.[7] Cənubda yaşayan zəncilər 1965-ci ildə Seçici haqları aktı qəbul edilənə qədər ümumi seçki hüququndan aktiv şəkildə istifadə edə bilməmişdilər.

1893-cü ildə özünüidarə hüquqlu Britaniya koloniyası Yeni Zelandiya dünya ilk dövlət oldu ki (XVIII əsrdə mövcud olmuş qısaömürlü Korsika Respublikası xaric), qadınlara səsvermə hüququ verdi. Lakin 1919-cu ilə qədər qadınlara həm səsvermə, həm də namizəd olma hüququ verilmədi.

1902-ci ildə Avstraliya qadınlara həm səsvermə, həm də namizəd ola bilmə hüququ verən ilk ölkə oldu.[8] Lakin o bu hüquqları aborigenlərə şamil etməmişdi. Yelrilər bu hüquqlarına yalnız 1962-ci ildə çata bildilər. Ümumiyyətlə, XX əsrin böyük bir hissəsində Avstraliya qanunlarına görə yerlilər insan hsab edilmirdilər.

Bir neçə Avropa ölkəsi ümumi seçki hüququnu normal yollarla qəbul etmişdi. Birinci Dünya müharibəsi boyunca və sonralar yaranmış dövlətlər öz istiqlaliyyət bəyannamələrində ümumi seçki hüququnu qəbul etdiklərini vurğulayırdılar.

Keçmişdə bir çox cəmiyyətlər siyasi repressiya aləti kimi özündən olmayan irqin və ya etnosun vətəndaş hüquqlarını məhdudlaşdırmışdır. Məsələn, Cənubi Afrikanın irqi ayrı-seçkilik dövründə ağ olmayan əhali milli seçkilərdə iştirak edə bilməzdi. Bu hal 1994-cü ilə qədər davam etmişdi. Rodeziyada buna bənzər yolla getmişdi. Rodeziyanın istiqlaliyyət bəyannaməsi qəbul edilərkən, seçki sistemi elə qurulmuşdu ki, say baxımından çox olan qaradərili əhali çox as sayda nümayəndə seçə bilirdi.

Disfrançayzinq

[redaktə | mənbəni redaktə et]

Disfrançayzinq dedikdə bir şəxsdən və ya bir qerup şəxsdən səsvermə hüququnun alınması nəzərtə tutulur. Bəzi millətlər, başda ABŞBirləşmiş Krallıq olmaqla müxtəlif dövrlərdə cinayətkarların səsvermə hüquqlarını ləğv etmişdirlər (MenVermont istisna olmaqla). Bu cinayətkarların cinayət maddələri, həbs müddətləri, neçənci cinayəti olması və s. müddəalardan asılıdır. Hətta bəzi ştatlarda həbsdən azad edildikdən sonra belə keçmiş məhkumlara səsvermə hüququ verilmir və onlar ömürlük olaraq bu hüquqlarından məhrum edilirlər.[9][10] ABŞ-də əvvəllər vergi verməyən və dövlət yardımları hesabına yaşayan şəxslərində səsvermə hüquqları əllərindən alınmışdı.

Millətlər o ölkədə yaşamayan vətəndaşlara qarşı da müxtəlif münasibət bəsləyirlər: 2 il ölkədə yaşamayan danimarkalılar səs verə bilməzlər,[11] İtaliyada yaşamayan italyanlar parlamentə seçkilərdə iştirak edə bilərlər, Britaniyada yaşamayanlar səsvermələrdə iştirak edə bilməzlər, bunun üçün ən azı 15 il orada yaşamaq lazımdır.[12] Bəzi ölkələrdə hərbçilərin və polislərin səsvermələrdə iştirakı qadağandır.[13]

Bir çox demokratik ölkələrdə, məsələn Birləşmiş Krallıq və Fransa imperiya olduqları dövrlərdə metropoliyadan kənarda yaşayan vətəndaşlarına qaunverici orqanlara olan seçkilərdə səsvermə hüququ vermirdi. Nadir istisna kimi Fransanın III Respublika dövründə Əlcəzairin statusunu göstərmək olar. Beləki, Əlcəzair hüquqibaxımda Fransanın daxili bölgəsi idi, lakin burada yaşayanların vətəndaşlıqları bir qədər məhdudlaşdırılmışdı və bu hr hansısa irqə və ya etnik mənsubiyyətə əsaslanmırdı. Hər bir əlcəzairli fransız vətəndaşı ola bilərdi və rahat şəkildə əvvəl yaaşdığı formada yaşaya bilərdi, lakin Fransa vətəndaşlığın qəbul etdikdən sonra mütləq olaraq İslam şəriəti əvəzinə fransız hüququnu qəbul etməli idi. Bunu isə çox az adam seçirdi. Amerika kolonistləri öz istiqlaliyyətlərini "nümayəndə yoxdursa, vergi də yoxdur" şüarı altında elan etmişdilər. Bu onların əsas narazı qaldıqları məsələlərdən biri idi. Lakin özləri də müstəqilləşdikdən sonra yetişkin kişi olan torpaq sahiblərinə seçki hüququ verdilər, bu isə ümumi əhalinin cəmi 6 faizi idi.[14][15] Dənizaşırı bölgələrdə qalanlara isə bu hüquq da şamil edilməmişdi, onlara yalnız 1986-cı ildə bu hüquq şamil edildi.

üzvü dövlətin vətəndaşı Aİ parlamentinə olan seçkilərdə və bəzi məhəlli seçkilərdə iştirak edə bilər. Yəni, Fransa vətəndaşı şəxs Avstriyada yaşayarkən Aİ parlamentinə olan seçkilərdə və yaşadığı yerin bələdiyyə seçkilərində iştirak edə bilər, lakin Avstriyanın federal (milli) seçkilərində iştirak edə bilməz. Oxşar vəziyyət Böyük Britaniyada yaşayan Aİ vətəndaşlarında da vardır. Britaniyada yaşayn Aİ üzvü ölkə vətəndaşı buradakı yerli şuralara olan seçkilərdə iştirak edə bilər, bu tip seçicilər Şimali İrlandiyada da, Şotlandiyada da, Uelsdə də parlamentə və ya assambleyalara olan seçkilərdə iştirak edə bilərlər. Lakin britaniyalı, irland və ya Millətlər Birliyi üzvü ölkə vətəndaşı olmayan şəxslər Nümayəndələr Palatasına olan seçkilərdə iştirak edə bilməz.[16] Onsuz Böyük Britaniya 15 il müddətinə orada yaşamayan öz vətəndaşlarına belə səsvermə imkanı tanımır.[17]

Ölkəyə görə tarixlər

[redaktə | mənbəni redaktə et]

Dövlətlər müxtəlif vaxtlarda ümumi seçki hüququ vermiş və ləğv etmişdir. Bu siyahı 3 cür düzəldilə bilər:

  • Universal: Müəyyən yaşdan yuxarı seçicilər arasında dil, din, irq, cins, oxuma-yazma, zənginlik, illik gəlir və s. kimi fərqlər yoxdur.
  • Oxuma-yazma bacarığına, zənginliyə, sosial statusa və s. baxılmadan müəyyən yaşdan yuxarı bütün kişilərə seçici hüququnun verilməsi.
  • Oxuma-yazma bacarığına, zənginliyə, sosial statusa və s. baxılmadan müəyyən yaşdan yuxarı bütün qadınlara seçici hüququnun verilməsi.
  • Etnik kökən, din və irqə baxmadan müəyyən yaşdan yuxarı bütün seçicilərə seçici hüququnun verilməsi.
Ölkələrə və ya bölgələrə görə ümumi seçki hüququ
Universal Kişi Qadın Etnik mənsubiyyət Ölkə və ya bölgə Notes
1977 1977 1977 1977 Əfqanıstan Əfqanıstan 1964-cü il konstitutsiyası ilə müasir demokratiya mərhələsinə daxil olmuşdur.[18]
1952 1853 1952 1853 Argentina Kişilər üçün ümumi seçki hüququ (universal) 1853-cü ildə yaradılmışdır. 1912-ci ildə qəbul edilmiş "Ümumi seçkilər qanunu" (isp. Sáenz Peña Law) ilə 18 yaşdan yuxarı kişilər üçün ümumi (universal), gizli və məcburi seçki tətbiq edilmişdir. Qadınlara bu hüquq 1947-ci ildə yaradılsa da, 1952-ci ildən effektiv olmuşdur.
1921 1919 1921 1920 Avstraliya 1855-ci ildə özünüidarə hüququ olan Cənubi Avstraliya koloniyasının parlamenti kişilərə ümumi seçki hüququnu şamil edən qərar qəbul etdi. 1857 və 1858-ci illərdə Yeni Cənubi Euls və Viktoriya koloniyaları da bunu etdi. 1894-cü ildə Cənubi Avstraliya qadınlara seçki hüququ verdi.[19]
1918 1896 1918 1907 Avstriya Ümumi və bərabər seçki hüququ 1907-ci ildə tətbiq edilmişdir. 1907-ci ildən əvvəl torpaq sahibi qadınlara seçki hüququ verilmişdi. Birinci Dünya müharibəsində almanlar və müttəfiqlərinin məğlubiyyətindən sonra ümumi seçki hüququ qadınlara da aid edildi.
1919 1919 1919 1919 Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti zamanı həm qadınlara, həm də kişilərə ümumi seçki hüququ verilmişdi. Azərbaycan müsəlman şərqində qadına seçki hüququ verən ilk dövlətdir.
1961 1958 1961 1807 Baham adaları 1961-ci ildə yetişkin bütün vətəndaşlara ümumi seçki hüququ verilmişdir. Kişilərə isə 1958-ci ildə səsvermə hüququ verilmişdi. 1807-ci ildə isə yalnız azad və ağ kişilərin səsvermə hüququ var idi.
1975 1975 1975[20] 1975 Bəhreyn 1973-cü ildə ümumi seçki hüququ ilə bağlı qərar verilsə də, az sonra parlament 30 illik müddətə dağıdılmışdır. Sünnilərdən başqalarının səsvermə hüququ yoxdur.
1948 1893 1948 1893 Belçika Universal census seçki hüququ 1893-cü ildə 25 yaş və ondan yuxarı kişilərə aid edilmişdi. Təhsil səviyyəsi və ödənilən verginin miqdarına görə kişilər 1 və 3 arası səs verə bilərdilər. Dul qadınlar səs verə bilərdilər, lakin evləndikdən sonra bu səslərini itirirdilər. Kişilərə ümumi seçki hüququ 1918-ci ildə verildi, bu hüquq qadınlara isə 1948-ci ildə verilmişdir.
2008 2008 2008 2008 Butan
1956 1956 1956 1956 Boliviya Ümumi seçki hüququna aid qərar 1956-cı ildə verilmişdir. İlk seçkilər 1956-cı ildə olmuşdur. Qadınların seçki hüququ oxuma-yazma testlərinin ləğvi ilə eyni vaxtda olmuşdur.
1988 1988 1988 1988 Braziliya 1891-ci il konstitutsiyası ilə kişilərə seçki hüququ verildi. Bura evsizlər, qadınlar, ağ olmayan əhali, savadsızlar, kasıb əhali, xarici ağ əhali, keşişlər, hərbçilər keçmiş qullar və onların varisləri daxil deyildilər. Qadınlar seçki hüququnu 1932-ci ildə əldə edə bildilər. Savadsızlar isə 1881-ci ildən 1988-ci ilə qədər bu hüquqlarından məhrum qalmışdılar.
Bruney Seçkilər yoxdur
1945 1945 1945 1945 Bolqarıstan Ordunu və qadınları da əhatə edən ümumi seçki hüququ "Atayurdu Cəbhəsi" hökuməti tərəfindən bolqarlara verilmişdir.
1990 1990 1990 1990 Birma/Myanmar Sonuncu azad seçki 1990-cı ildə keçirilmişdir.[21] Myanmarda yeni seçkilər 2015-ci ildə keçirilmişdir. Bu seçkilərdə qanunverici orqan üzvlərinin 75 faizi seçicilər tərəfindən, 25 faizi isə ordu mənsubları tərəfindən sçeilmişdir.
1960 1920 1920 1960 Kanada Kanada 1920-ci ildə Kanada çinlilərindənaborigenlərdən başqa bütün kişi və qadınlara əyalət seçkilərində ümumi seçki hüququ verdi. Qadınlara seçki hüququ 1916-da Manitobada, Albertada, Saskatcevan 1916-cı ildə qadınlara seçki hüququ verildi, Kvebekdə isə bu 1940-cı ildə baş verdi. Kanada çinlilərinə cins fərqi qoyulmadan 1947-ci ildə seçki hüququ verildi. Aborigenlərə isə bu hüquq 1960-cı ilə qədər verilmədi.
1970 1970 1970 1970 Çili 1888-cı ildən oxumağı bacaran və 21 yaşdan yuxarı hər irqdən kişiyə ümumi seçki hüququ verilmişdi. 1925-ci ildən bu hüquq 21 yaşdan yuxarı olan, oxuyub-yazması olan bütün kişilərə şamil edildi. 1934-cü ildə qadınlar bələdiyyə seçkilərində iştirak etmə hüququ qazandılar. 1949-cu ildə oxuma-yazması olan, 21 yaşdan yuxarı bütün kişi və qadınlara seçki hüququ verildi. 1970-ci ildə isə yaş limiti 18-ə salındı və səs verə bilmək üçün oxuma bacarığı kifayət etməyə başladı.
1954 1936 1954 1936 Kolumbiya Kişilər üçün ümumi seçki hüququ 1853-cü ildə verilmişdir. 1886-cı ildə bu hüquq məhdudlaşdırılmışdır.
1918 1896 1918 1896 Birinci Çexoslovakiya Respublikası Avstriya ilə birlikdə 1896-cı ildə seçki hüququ yaradılmışdır. 1907-ci ildə isə seçkilər ümumi və bir şəxsin 1-dən çox səs verməsinin ləğv edilməsi ilə keçirilməyə başlamışdır. Birinci Dünya müharibəsi bitdikdən sonra qadınlara da ümumi seçki hüququ verilmişdir.
1915 1849 1915 1849 Danimarka Kral 1834-cü ildə məhdud seçki hüququnu təsdiq etmişdir. Buna görə, yalnız torpaq sahibləri səs verə bilərdilər. İlk mütərəqqi seçki qaydası 1949-cu ildə müəyyən edilmişdir və 1915-ci ilə qədər bir neçə dəfə dəyişdirilmişdir. Kralın seçkili orqalar üzərində geniş səlahiyyətləri var idi.[22] Danimarka qanunları etnik mənsubiyyət fərqi qoymasa da, ölkədən 2 il müddətinə kənarda yaşayan vətəndaşlarına seçki hüququ vermir.
1918 1917 1918 1917 Estoniya İki mərhələli seçkilər keçirilmişdir. Kənd və şəhər yerlərindən 62 nümayəndə seçilmiş və 2 palatalı parlament formalaşdırılmışdır.
1979 1979 1979 1979 Avropa İttifaqı Avropa İttifaqının parlamentinə seçkilər 1979-cu ildən keçirilir.
1945 1848 1944 1916 Fransa 1792-ci ildə konvent 25 yaşdan yuxarı bütün kişi seçicilər tərəfindən seçilirdi. Sonrakı illərdə Fransada monarxistlər, bonpartistlər və respublikaçılar arasında gərgin mübarizələr getdi. Buna görə də seçki hüquq tez dəyişdirildi: seçki hüququ artırılıdı, əmlak senzi ilə məhdudlaşdırıldı və s. Ümumi seçki hüququ kişilərə 1848-ci ildə verildi. bu hüquq hərbçilərə aid edilmədi, onlar bu hüququ yalnız 1945-ci ildə əldə edə bildilər. 1944-cü ildə qadınlara da ümumi seçki hüququ verildi.
1906 1906 1906 1906 Finlandiya Rusiya imperiyası tərkibində olan Finlandiya knyazlığı insanlara 1906-cı ildə ümumi seçki hüququ vermişdir. Bununla da o, bu hüququ qəbul edən ikinci ölkə olmuşdur.[23] Növbəti il isə keçirilən seçki əsasında dünyada ilk dəfə qadın deputat seçilmişdir.
1919 1871 1919 1919 Almaniya Alman imperiyası 1871-ci ildən 1918-ci ilə qədər kişilərə ümumi seçki hüququ vermişdir.[24] Alman inqilabından sonra Veymar konstitutsiyasında minimum yaş 20 olmaqla bütün vətəndaşlara seçki hüququ verilməsi nəzərdə tutulurdu.
1919 1919 1919 1919 Gürcüstan İlk demokratik seçki 1919-cu ilin fevral ayında keçirilmişdir. 5 qadın deputat seçilmişdir. Onlardan biri olan azərbaycanlı Pərixan Sofiyeva da deputa seçilmişdir. O, müsəlman aləmində deputat olan ilk qadındır.
1951 1951 1951 1951 Qana 1951-ci ildə ümumi seçki hüququ əsasında seçkilər keçirilmişdir. Bu Afrikada ümumi seçki hüququ əsasında keçirilnə ilk seçkidir.[25]
1952 1844 1952 1844 Yunanıstan 1843-cü il inqilabından sonra qəbul edilmiş 1844 konstitutsiyası ilə seçkilər gizli keçirilməklə bütün kişilərə ümumi seçki hüququ verilirdi.[26] Qadınlara məhəlli seçkilərdə 1930, parlament seçkilərində isə 1952-ci ildə iştirak hüququ verildi.
1991 1991 1991 1991 Honkqonq İlk seçkilər 1991-ci ildə keçirilmişdir. Bütün qeydiyyatda olan seçicilər səsvermə hüququna malikdirlər.
1918 1918 1918 1867 Macarıstan Birinci Dünya müharibəsindən sonra qadınların səsverməsi üçün lazım olan yaş limiti 30-a qaldırıldı. Əmlak və təhsil senzi qaldırıldı. Kənd yerlərində seçki sistemi yenidən quruldu. Bununlada seçicilərin sayı ümumi əhalinin 20 faizi oldu.[27]
1950 1950 1950 1950 Hindistan Hindistan Respublikası qurulan zaman dinindən, irqindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ vermişdi.
1955 1955 1955 1955 İndoneziya
1963 1906 1963 1906 İran İlk seçkilər Məşrutə hərəkatı zamanı keçirilmişdir. Ağ inqilab zamanı qadınlara səsvermə hüququ verilmişdir (1963).[28]
1923 1918 1923 1829 İrlandiya Respublikası İrlandiya Birləşmiş Krallığın bir hissəsi olarkən seçki məsələləri 1791 və 1829-cu il aktları ilə tənzimlənirdi. İrland Azad Ölkəsi yaradıldıqdan sonra isə əvvəlki qanunları ləğv edərək, 1923-cü ildə bütün qadın və kişilərə ümumi seçki hüququ verdi.[29]
1948 1948 1948 1948 İsrail Dövlət yaradıldığı zamandan ümumi seçki hüququ tətbiq edilir.
1945 1912 1945 1912 İtaliya 1912-ci ildə bütün 30 yaşdan yuxarı kişi seçicilərə seçki hüququ verildi. Bu 1913-cü il seçkilərində tətbiq edildi. 1918-ci ildə isə seçki hüququ yenidən tənzimləndi və yaş limiti 21-ə salındı. Səs verə bilmək üçün hərbi xidmətdə olmaq mütləq idi. Tam olaraq ümumi seçki hüququ isə 1945-ci ildə tətbiq edildi. 1975-ci ildə isə yaş limiti 18-ə salındı.
1944 1944 1944 1944 Yamayka Ümumi seçki hüququ mövcuddur.
1947 1925 1947 1925 Yaponiya 1925-ci ildə 25 yaşdan yuxarı kişilərə seçki hüquq verilmişdir. 1946-cı ildə isə hər iki cinsin nümayəndəsinə seçki hüququ verilmişdir. Bu 1947-ci ilin 3 mayında qəbul edilmiş konstitutsiyada da öz əksini tapmışdır.
2005 1962 2005 1962 Küveyt Yetişkin kişilərə 1962-ci ildə seçki hüququ verilmişdir. Orduda xidmət edənlərə səs vermək qadağandır. 2005-ci ildən məhdud formada olsa da, qadınlara da seçki hüququ verilmişdir.
1919 1919 1919 1919 Latviya Konstitutsiya Assambleyası tərəfindən ümumi seçki hüququ üəyyən edilmişdir.
1943 1943 1943 1943 Livan Kişilərə və qadınlara bərabər ümumi seçki hüququ verilmişdir. Arasında müsəlman və xristian deoutatların sayə bərabərdir, halbuki müsəlmanlar sayca çoxdurlar.
1951 1946 1946 Liberiya Liberiya qaradərili olmayan şəxslərin siyasi hüquqlarını tanımır.
1984 1984 1984 1984 Lixtenşteyn
1922 1922 1922 1922 Litva
1948 1919 1919[30] 1919 Luksemburq
1957 1956 1957 1956 Malaysiya
1947 1947 1947 1947 Malta Maltada ümumi seçki 1947-ci ildə keçirilmişdir. Hər hansısa senz tətbiq edilməmişdir. Qadınlara da seçki hüquq verilmişdir.
1953 1917 1953 1917 Meksika 1917-ci ildə Meksika inqilabından sonra kişilərə ümumi seçki hüququ verilmişdir. 1947-ci ildə qadınlara da bu hüquq verilmişdir.[31]
1919 1917 1919 1917 Niderland 1917-ci ildə yaş limiti 23-dən yuxarı olmaqla bütün vətəndaşlara seçki hüququ verilmişdir. 1919-cu ildə yaş limiti 23-ə endirilmiş, 1971-ci ildə isə 18 olaraq müəyyən edilmişdir.
1893 1879 1893 1879 Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ vermişdir. Bununlada dünyada bunu qalıcı olaraq edən ilk edən olmuşdur.[32] Çoxulçu səsvermə 1889-cu ildə ləğv edilmişdir.
1913 1898 1913 1851 Norveç Kişilərə 1898-ci ildə, qadınlara isə 1913-cü ildə ümumi seçki hüquqları verilmişdir. 1821-ci il konstitutsiyasına görə vergi ödəyən Sami kişisi səs verə bilərdi.[33] 1814-cü il konstitutsiyasına görə yəhudilərin ölkəyə daxil olması və yaşaması qadağan edilirdi. bu maddə 1851-ci ildə dəyişdirildi və yəhudilərə yaşamağa, vergi verməyə və səs verməyə icazə verildi.
1956 1951 1956 1951 Pakistan Pakistan müstəqil olduqdan sonra əyalət seçkilərində kişi və qadınlara ümumi seçki hüququ verdiyini elan etmişdir (1947). İlk seçkilər Pəncabda 1951-ci ildə Əyalət Assambleyası üçün keçirilmişdir. 1956-cı ildə qadınlara milli seçkilərdə də iştirak etmə hüququ verilmişdir.
1979 1979 1979 1979 Peru Qadınlara seçki hüququ 1955-ci ildə verilmişdir. Savadlılıq şərti isə 1979-cu ildə ləğv edilmişdir.
1946 1935 1937 1946 Filippin İngiliscə və ya ispanca danışa bilən, əmlak və vergi senzi tədbiq etməklə 25 yaşdan yuxarı kişilərə 1907-ci ildə seçki hüququ verilmişdir. 1935-ci ildə kişilərə ümumi seçki hüququ verilmişdir. Qadınlara isə 1937-ci ildə səsvermə hüququ verilmişdir.[34]
1918 1918 1918 1918 Polşa Polşanın bölünməsindən əvvəl yalnız zadəgan nümayəndələri siyasi həyatda iştirak edə bilərdi. İlk parlament seçkiləri 1919-cu ildə keçirilmişdir. Ümumi seçki hüququ Jozef Pilsudski tərəfindən yaradılmışdı. Səs verə bilmək üçün yaş limiti 21 olaraq müəyyən edilmişdi.
1974 1974 1974 1974 Portuqaliya 1878-ci ildə ümumi kişi əhalisinin 72 faizi səsvermə hüququna malik idi. Məhdud formada olsa da, qadınlara seçki hüququ 1931-ci ildə verildi. bu 1933, 1946, 1968-ci illərdə genişləndirildi. Ümumi seçki hüququ isə yalnız Karnation inqilabından sonra tam olaraq reallaşdı (1974).
Qatar 1999-cu ildən bələdiyyə seçkiləri keçirilir.
1948 1918 1948 1918 Rumıniya Kişilər üçün ümumi seçki hüququ 1918-ci ildə yaradılmışdır. 1929-cu ildə savadlı qadınlara bələdiyyə seçkilrində səs verə bilmək imkanı yaradıldı. 1939-cu ildə seçicilərin siyahısı 30 yaşdan yuxarı və savadlı bütün əhalini əhatə edəcək qədər genişləndirildi. Ümumi seçki hüququ isə 1948-ci il konstitutsiyası ilə tam olaraq yaradıldı.[35][36]
1917 1917 1917 1917 Rusiya Ümumi seçki hüququ 1917-ci ildə qəbul edilmişdir.[37]
1991 1990 1991 1990 Samoa
2015 2005 2015 2005 Səudiyyə Ərəbistanı Yalnız bələdiyyə seçkiləri keçirilir.
1994 1910 1931 1994 CAR Ağ qadınlar 1930-cu ildə seçki hüququ əldə etmişdirlər. 1931-ci ildə isə bütün ağ yetişkinlərə seçki hüququ verilmişdir. 1948–1994-cü illəri əhatə edən irqi ayrı-seçkilik dövründə ümumi seçki hüququ təmin edilmədi. 1994-cü ildə isə qaradərililərə də seçki hüququ verildi.
1945 1888 1945 1888 Serbiya 1869-cu il konstitutsiyası ilə vergi verən bütün kişilərə seçki hüququ verilmişdi. 1888-ci il konstitutsiyası ilə bütün 21 yaşdan yuxarı kişilərə seçki hüququ verilmişdi. Qadınlara yalnız Yuqoslaviyanın kommunist konstitutsiyası ilə seçki hüququ verildi.
1948 1948 1948 1948 Cənubi Koreya Koreya respublikası yaradılan zamandan ümumi seçki hüququ tədbiq edilmişdir. Başlanğıcta isə seçki hüququ əsasən torpaq sahiblərini, vergi ödəyicilərini əhatə edirdi.[38]
1977 1977 1977 1977 İspaniya Kişilər üçün seçki hüququ 1869-cu ildən 19123-cu ilə qədər və İkinci respublika zamanı (1931–1936) mövcud olmuşdur. 1933-cü ilin noyabr ayının 19-da qadınlara da seçki hüququ verildi. Bu Fransisko Franko və ondan sonrakı dövrü səciyyələndirən 1977-ci il konstitutsiyasında da saxlanılmışdı.
1931 1931 1931 1931 Şri-Lanka Etnik kimliyindən, dilindən, dinindən və cinsindən asılı olmayaraq hamıya seçki hüququ vermişdi. Şri-Lanka Asiyanın ən qədim demorkatiyalarından biridir.
1945 1909 1919 1873 İsveç 1718–1772-ci illərdə berjuazinın nümayəndələri olan qadınlara və kişilərə gəlir senzi nəzərə alınmaqla seçki hüquq tanınmışdı. Lakin 1772-ci ildə qadınların bu hüquq ləğv edildi. Yəhudilərə seçki hüququ 1838-ci ildə verilmişdir. Lakin onlar 1870-ci ilə qədər namizəd ola bilməmişdilər. Katoliklərə səsvermə hüququ 1873-cü ildə verilmişdir, lakin onlar 1951-ci ilə qədər namizəd ola bilməmişdilər. Ümumi seçki hüququ 25 yaşdan yuxarı kişilərə 1909-cu ildə verilmişdir. Lakin onlar yalnız iki palatadan yalnız birini seçə bilərdilər. Kişilərə və qadınlara ümumi seçki hüququ 1919-cu ildə verilmişdir.[39] Bu sistemlə ilk seçki isə 1921-ci ildə keçirilmişdir. 1937-ci ilə qədər məhkəmə cinayətkarları seçki hüququndan məhrumetmə ilə cəzalandıra bilərdi. Seçki üçün lazimi yaş limiti 1945-ci ildə 21-ə, 1965-ci ildə 20-ə, 1969-cu ildə 19-a, 1975-ci ildə isə 18-ə salınmışdır.
1971 1848 1971 1866 İsveçrə İsveçrə 1848-i ildən kişilərə ümumi seçki hüququ vermişdi. 1866-cı ilə qədər yəhudilər xristianlarla eyni siyasi hüquqlara sahib deyildi. Qadınlara seçki hüquq 1971-ci ildə kişilər arasında keçirilən referendumdan sonra verilmişdir. Bundan əlavə kantonların bəzilərində əvvəllərdə kişilər üçün ümumi seçki hüquq tədbiq edilmişdi: Uridə 1231-ci ildə, Şvizdə 1294-cü ildə, Untervaldendə 1309-cu ildə. Qadınlara seçki hüquq verən sonuncu kanton Appenzell İnnerhoden olmuşdur (1990)
1947 1947 1947 1947 Tayvan İlk Milli Assambleya seçkisi 1947-də, ilk qanunverici orqan seçkisi 1947-də, ilk prezident seçkisi 1948-də keçirilmişdir
1933 1933 1933 1933 Tailand Ümumi seçki əsasında ilk seçki 1933-cü ildə keçirilmişdir.
1959 ???? ???? ???? Tunisia Ümumi seçki hüququ Tunis müstəqillik qazandıqdan sonra (1959) qəbul edilmiş konstitutsiyada öz əksini tapmışdır.
1934 1876 1934 1876 Türkiyə
2006 2006 2006 BƏƏ Kişilərə və qadınlara məhdud seçki hüququ verilmişdir.
1928 1918 1928 1829 Birləşmiş Krallıq İlk vaxtlar Birləşmiş Krallıqda seçki hüquqları 1791 və 1829-cu il aktlarına əsaslanırdı. Seçki hüquq heç vaxt dinə və ya irqə əsaslanmamışdır.[40] 1918-ci il aktı ilə bütün yetişkin kişilərə seçki hüquq verildi.[41] Bu akta əsasən 30 yaşdan yuxarı qadınlara da seçki hüquq verilirdi.[42][43][44][45] Lakin 60 faiz qadın 30 yaşdan aşağı və əmlak senzinə görə səsvermələrdə iştirak edə bilmirdilər. 1928-ci ildə qadınlara da kişilərə aid olan şərtlərlə seçki hüququ verildi.[46] 1948-ci il aktı ilə bir nəfərin birdən çox səs verməsi ləğv edildi. Bu cür seçicilər ümumi seçicilərin 7 faizini təşkil edirdi.[47][48] 1969-cu ildə qəbul eidlmiş akt ilə seçici yaşının limiti 21-dən 18-ə endirildi.
1948 1948 1948 1948 United Nations BMT-də seçkilər Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 21-ci maddəsi əsasın ümumi və bərabər formada keçirilir.
2015 Dominikan Respublikası Xorxe Radhames Zorrilla Ozuna konstitutsiya referendumunda hərbçi səslərinin effektli olmasını təklif etmişdir.[49]
1965 1856 1920 1965 ABŞ Koloniyalar zamanı seçki hüququnu məhdudlaşdıran bir çox qanunlar var idi. Bir çox halalrda seçki hüququna malik olan şəxslərin sayı koloniyanın ümumi əhalisinin sayının yarısını belə təşkil etmirdi. Məhdudlaşdırmalar əsasən əmlak senzi vasitəsilə həyata keçirilirdi.

Amerikan İstiqlaliyyət müharibəsindən sonra konstitutsiya tam olaraq kimin səs verə biləcəyini müəyyən etməmişdi. ABŞ-nin erkən tarixində bir çox ştat əsasən ağ kişi əhaliyə müxtəlif senzlər tədbiq etməklə seçki hüquq verirdi. Bu isə ümumi əhalinin 6–7 faizini təşkil edirdi.[50][51] Vermont, PensilvaniyaKentukki kişilərə tam seçki hüququ verən ştatlar idi. Nyu Cersi isə 1800-ci illərin əvvəllərinə qədər qadın torpaq sahiblərinə də seçki hüquq vermişdi.

1820-ci ildəki seçkidə 108,359 nəfər səs vermişdi. 1840-cı il seçkisində isə 2,412,694 nəfər səs vermişdi. Bu artışın səbəbi təbii artım deyildi. Artıq kasıb seçicilər elektoratın böyük hissəsini təşkil edirdilər. 1856-cı ildə — Ceksoniyan demokratiyadan sonra — demək olar ki, bütün ştatlar yetişkin ağ kişilərə hər hansısa senz olmadan seçki hüquq verirdi. Seçkilərə vergi təsiri məsələsi isə bu dövrdə artıq cəmi 5 ştatda qalmışdı. XX əsrdə isə belə ştatların sayı cəmi 2 idi.[52][53]

1868-ci ildə konstitutsiyaya XIX düzəliş edildi. Bu düzəlişə əsasən ştatların Nümayəndələr palatasında təmsil olunma qaydaları dəyişdirildi və əhali (keçmiş qullar da daxil olmaqla) siyahıya alındı. Lakin bu düzəliş tam olaraq həyata keçirilmədi. 1870-ci ildə edilən XV düzəlişlə dinindən, irqindən, rəngindən, etnik kimliyindın, keçmiş vəziyyətindən asılı olmayaraq hamıya seçki hüququ verildi. Bu o demək idi ki, nəzəriyyədə olsa belə, Amerika qaradərililərinə seçki hüququ verilirdi.[54]

1888-ci ildə keçmiş Konfederasiya ştatlar Cim Krou qanunu qəbul etdi. Bu qanuna əsasən qaradərili əhalinin və kasıb ağ əhalinin seçki hüquq əllərindən alındı. Bunu həyata keçirmək üçün müxtəlif yollardan istifadə edilirdi: vergi senzləri, oxuma-yazma testləri, əmlak senzləri, "baba məsələsi" və s. Beləliklə, bu ştatlar praktikada diskriminasiyadan istifadə edirdilər. Bu dövrlərdə ABŞ Ali Məhkəməsi əsasən ştatların irqi azlıqlara qarşı diskriminasiyasını dəstəkləyirdi. Yalnız XX əsrdə bu qanunlar konstitutsiyaya zidd elan olunmağa başladı. Şimalda yaşayan qaradərililər seçki hüququna malik idilər, lakin qaradərililərin əksəriyyəti cənubda yaşayırdılar.

Vyominq ilk bölgə idi ki, bütün qadınlara seçki hüququ vermişdi (1869).[55] 1916-cı ilə qədər bütün qərb ştatları qadınların seçki hüqqunu qanuniləşdirmişdi. Lakin onları izləyən şərq ştatlar azlıq təşkil edirdi.

1920-ci ildə XIX düzəliş ilə bütün qadınlara seçki hüququ verildi. 1924-cü ildə Hindli Vətəndaşlıq Aktı qəbul edildi. Bu aktla yerli amerikalılara seçki hüququ verildi. Bu zaman yerlilərin 2/3-i artıq vətəndaşlıq statusuna sahib idilər və səs verə bilərdilər.[56]

1964-cu ildə edilmiş XXIV düzəlişlə seçkiyə vergilərin təsiri kimi manelər ləğv edildi. Bütün şəxslərə seçki hüququ verən Seçki Haqları Aktı 1965-ci ildə qəbul edildi. ABŞ Ali Məhkəməsi Harper v. Virginia Board of Elections (1966) işi əsasında Virciniyada mövcud olan seçkiyə vergi təsirini konstitutsiyaya və XIV düzəlişə zidd olduğunu elan etdi. Kasıblarında qarşısındakı maneə aradan qaldırıldı.

1971-ci ildə edilmiş XXVI düzəlişlə seçici yaşı 21-dən 18-ə endirildi.

1918 Uruqvay 1918-ci il konstitutsiyası ilə seçki hüququ verilmişdir.
1987 1919 1987 Zimbabve Ümumi seçki hüququ ilk dəfə 1978-ci ildə daxili yerləşim bölgələri olan İan Smit və Abel Muzorevada tətbiq edilmişdir. 1979-cu il Lankaster Evi konstitutsiyası ilə razılaşdırılmışdır ki, qanunverici orqanda millətçilərlə yanaşı, ağlara da yer veriləcəkdir. Lakin ağlar daha xüsusi rol üstlənməli idilər. İrqi fərq qoyulmayan ilk seçki 1987-ci ildə keçirilmişdir. 1978-ci ilə qədər Rodeziyada (1980-ci ildən Rodeziya Zimbabve adlandırılmışdır) seçki hüququndan istifadə edə bilmək üçün müəyyən savad səviyyəsinə malik olmaq lazım idi. Bu etirazlara səbəb olurdu, çünki qaradərililər bu tələbə cavab verə bilmirdilər. Ağdərili qadınlara isə 1919-cu ildə seçki hüquq verilmişdi.
Finlandiyada seçilmiş dünyanın ilk qadın deputatı

Qadınlara seçki hüququnun verilməsi

[redaktə | mənbəni redaktə et]

İsveç-Finlandiyada Azadlıq dövründə 1718-ci ildən 1772-ci ilə qədər qadınlara seçki hüququ verilmişdir.[57] Korsikada 1755-ci ildən 1769-cu ilə qədər qadınlara seçki hüququ verilmişdir.[58]

Qadınların seçki hüququ (kişilərlə eyni əmlak senzi ilə) 1776-cı ildəki Nyu-Cersi konstitutsiyasında öz əksini tapmışdı. Konstitutsiyada kişilər əvəzinə sakinlər sözü işlədilmişdi. Lakin bu 1807-ci ildə dəyişdirildi.

Pitkern adaları qadınlara 1838-ci ildə seçki hüququ vermişdir. Müxtəlif ölkələr və dövlətlər XIX əsrin II yarısından etibarən qadınlara seçki hüququ verməyə başlamışdır. 1861-ci ildə Cənubi Avstraliyada başlamaqla bu proses davam etmişdir. həmçinin Cənubi Avstraliya 1894-cü ildə qadınlara seçki və namizəd ola bilmə hüquq verilən ilk yer olmuşdur.[59]

Finlandiya knyazlığı respublika olmamışdır 10 il əvvəl dünyada birinci ölkə olaraq qadınlara ümumi seçki hüququnu tətbiq etdi. Bununla qadınlar həm səs verə, həm namizəd də ola bilərdilər. Növbəti il isə Finlandiyada ilk qadın deputat seçildi.

Qadınların aktiv səsvermə haqlarının genişləndirilməsi ilə bağlı mübahisə zamanı radikal sosialist Viktoriya Kent radikal Klara Kampoamorla fikir ayrılığı yaşamışdı. Kentə görə ispan qadınları hələ səsvermədə iştirak etməyə hazır deyildilər. Çünki İspaniyada qadınlar Katolik kilsəsinin güclü təsiri altında idilər və onlara səsvermə hüququ verilərdisə onlar sağçı namizədlərə səs verəcəkdilər.

Gənclərin, uşaqların seçki hüququ və məktəbdə seçki

[redaktə | mənbəni redaktə et]

Səsvermə üçün lazım olan yetkinlik yaşının aşağı salınması Gənclik hərəkatının əsas tələblərindən biridir. ABŞ-dəki Gənclik Haqları Assosiasiyası kimi təşkilatlar yaş limitinin aşağı salınmasını tələb edir və bu mübarizədə bəzi uğurlar da əldə edə bilmişdir.[60]

Demokratik məktəblər praktikasında məktəbdə ümumi seçki hüququ dəstəklənir və məktəbdə keçirilən bütün seçkilərdə həm şagirdlər, həm də işçi heyəti iştirak edir və bərabər səsə malik olurlar. Bunda məqsəd uşaqları gələcəkdə demokratik cəmiyyətə daha yararlı olacaqları şəraitdə böyütməkdir.[61][62]

  1. "Suffrage" (ing. ). www.britannica.com. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  2. Shirley Roberts, Sophia Jex-Blake: A Woman Pioneer in Nineteenth Century Medical Reform (Routledge, 1993), p. 1: "Although political reformers from John Wilkes onward had pressed for 'universal suffrage' they and their followers all understood the term to mean 'universal 'male suffrage.'"
  3. Robert Justin Goldstein, Political Repression in 19th Century Europe (Routledge, 1983): "the great majority of European countries adopted highly discriminatory suffrage systems for lower legislative chambers for most or all of the 1815–1915 period. Universal male suffrage (which is what was meant when universal suffrage was discussed) at age 21 would have enfranchised about 25 per cent of the European population during the nineteenth century."
  4. "Brief history of Parliament - from autonomy to EU Finland". www.eduskunta.fi. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  5. "The General Strike and women's suffrage" (ing. ). www.aanioikeus.fi. 10 fevral 2018 tarixində arxivləşdirilib.
  6. Chandler Davidson, "The Recent Evolution of Voting Rights Law Affecting Racial and Language Minorities" in Quiet Revolution in the South: The Impact of the Voting Rights Act, 1965–1990 (Princeton University Press, 1994: eds. Chandler Davidson & Bernard Grofman), pp. 21–22.
  7. Gary Gershman, "Fifteenth Amendment (1870)" in Race and Racism in the United States: An Encyclopedia of the American Mosaic (eds. Charles A. Gallagher, Cameron D. Lippard), pp. 441–43.
  8. "About Australia" (ing. ). www.australia.gov.au. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  9. "State Felon Voting Laws" (ing. ). felonvoting.procon.org. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  10. Steinfeld, Robert J. "Property and Suffrage in the Early American Republic". Stanford Law Review. 41 (2). 1989: 335–376, p.&nbsp, 335 et passim. doi:10.2307/1228746.
  11. "Udlandsdanskeres valgret". /valg.oim.dk. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  12. Chris Sear. Electoral franchise: who can vote? (PDF). Parliament and Constitution Centre.
  13. CİA. "MIDDLE EAST :: KUWAIT". www.cia.gov. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  14. "Expansion of Rights and Liberties - The Right of Suffrage". The Charters of Freedom. National Archives. 2019-06-07 tarixində orijinalından arxivləşdirilib.
  15. "Expansion of Rights and Liberties - The Right of Suffrage". Online Exhibit: The Charters of Freedom. National Archives. 6 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2015.
  16. "Who is eligible to vote at a UK general election?" (ing. ). www.electoralcommission.org.uk. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  17. "Expat vote ban lifted, but not in time for EU referendum" (ing. ). www.telegraph.co.uk. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  18. "Profile: Ex-king Zahir Shah" (ing. ). news.bbc.co.uk. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  19. "The Right to Vote in Australia" (ing. ). www.aec.gov.au. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  20. "International Woman Suffrage Timeline" (ing. ). www.thoughtco.com. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  21. "Myanmar profile - Timeline" (ing. ). www.bbc.com. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  22. "Valgret 1834-1915" (ing. ). danmarkshistorien.dk. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  23. Council of Europe, Official Report of Debates, p.113. 1991
  24. M. L. Anderson: Praciticing Democracy. Elections and Political Culture in Imperial Germany. Princeton (NJ) 2000;
  25. Brown, J.M. & Roger Louis, W.M. The Oxford History of the British Empire. 1999. səh. 301.
  26. "Building the nation, 1832–1913" (ing. ). www.britannica.com. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  27. "1925. évi XXVI. törvénycikk". 1000ev.hu. 5 mart 2016 tarixində arxivləşdirilib.
  28. "The National Democratic Institute" (ing. ). www.ndi.org. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  29. Irish legislation — Electoral Act 1923, section:1. 1923
  30. "Right to vote". luxembourg.public.lu. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  31. "Mexico: Voting Rights and Emigration" (ing. ). migration.ucdavis.edu. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  32. "Archived copy". 29 April 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-06-09.
  33. "Da samer fikk stemmerett". 2019-06-04 tarixində orijinalından arxivləşdirilib.
  34. "Suffrage". 7 iyun 2019 tarixində arxivləşdirilib.
  35. "Istoria votului în România". www.radiooltenia.ro. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  36. "80 de ani de când femeile pot vota în România". 7 iyun 2019 tarixində arxivləşdirilib.
  37. Национальные парламенты мира : энцикл. справ. / А. Х. Саидов ; Рос. акад. наук, Ин-т государства и права, p. 148. Arxivləşdirilib 2021-12-20 at the Wayback Machine
  38. Cumings, Bruce. The Korean War: A History. 2010. səh. 111.
  39. "Sidan kan inte hittas..." 7 iyun 2019 tarixində arxivləşdirilib.
  40. Walker, Graham. A History of the Ulster Unionist Party: Protest, Pragmatism and Pessimism (Manchester Studies in Modern History). səh. 162. ISBN 978-0-7190-6109-7.
  41. "The History of the Parliamentary Franchise". House of Commons Library. 1 March 2013. 5 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2016.
  42. Heater, Derek. Emergence of Radicalism // Citizenship in Britain: A History. Edinburgh University Press. 2006. səh. 107. ISBN 9780748626724. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04.
  43. Heater, Derek. Emergence of Radicalism // Citizenship in Britain: A History. Edinburgh University Press. 2006. səh. 136. ISBN 9780748626724. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04.
  44. "Women's rights". The National Archives. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2015.
  45. "Which Act Gave Women the Right to Vote in Britain?". Synonym. 9 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2015.
  46. Peter N. Stearns (2008). "The Oxford encyclopedia of the modern world, Volume 7". p. 160. Oxford University Press, 2008
  47. "From Magna Carta to universal suffrage, the 1000-year history of British democracy". The Telegraph. 18 April 2017. 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-19.
  48. "Legislation". legislation.gov.uk. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  49. "Zorrilla Ozuna propone incluir voto militar en modificación constitucional". 7 iyun 2019 tarixində arxivləşdirilib.
  50. "Expansion of Rights and Liberties - The Right of Suffrage". Online Exhibit: The Charters of Freedom. National Archives. 6 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2015.
  51. Janda, Kenneth; Berry, Jeffrey M.; Goldman, Jerry. The challenge of democracy : government in America (9. ed., update). Houghton Mifflin. 2008. səh. 207. ISBN 9780618990948. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04; Murrin, John M.; Johnson, Paul E.; McPherson, James M.; Fahs, Alice; Gerstle, Gary. Liberty, Equality, Power: A History of the American People (6th). Wadsworth, Cengage Learning. 2012. səh. 296. ISBN 9780495904991. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04.
  52. Stanley L. Engerman. THE EVOLUTION OF SUFFRAGE INSTITUTIONS IN THE NEW WORLD (PDF). University of Rochester and NBER. 2005.
  53. "U.S. Voting Rights". www.infoplease.com. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  54. David Quigley, Acts of Enforcement: The New York City Election of 1870, in: New York History (2002).
  55. Ashlyn K. Kuersten (2003). Women and the Law: Leaders, Cases, and Documents. p. 13. ABC-CLIO, 2003
  56. Madsen, Deborah L., redaktorThe Routledge Companion to Native American Literature. Routledge. 2015. səh. 168. ISBN 1317693191.
  57. Karlsson Sjögren, Åsa, Männen, kvinnorna och rösträtten: medborgarskap och representation 1723–1866 [Men, women and suffrage: citizenship and representation 1723–1866], Carlsson, Stockholm, 2006 (in Swedish)
  58. A. Kulinski, K. Pawlowski. "The Atlantic Community — The Titanic of the XXI Century". p. 96. WSB-NLU. 2010
  59. Dieter Nohlen — Elections in Asia and the Pacific: South East Asia, East Asia, and the South Pacific. p. 14. Oxford University Press. 2001.
  60. =Brian Conner. "Congress Votes on Lowering Voting Age to 16". National Youth Rights Association. 7 iyun 2019 tarixində arxivləşdirilib.
  61. Greenberg, D. (1987) The Sudbury Valley School Experience, "Subtleties of a Democratic School." Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine Retrieved 21 February 2010.
  62. Greenberg, D. (1987) The Sudbury Valley School Experience "Back to Basics – Political basics." Arxiv surəti 11 may 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 may 2011 at the Wayback Machine. Retrieved 21 February 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]