Şıxlı xalçası

Şıxlı xalçalarıGəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.

Xalça
Şıxlı xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Qazax xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Qazax
Kənd Şıxlı
Toxunması haqqında məlumatlar
Tarixi XIX əsr
Üslubu Qazax xalçaçılıq məktəbi[1]
Digər məlumatlar
Material Yun

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Xalçanın adı Qazaxdan 30–40 km məsafədə yerləşən Birinci Şıxlı, İkinci ŞıxlıÜçüncü Şıxlı kəndlərinin adı ilə bağlıdır.

"Şıxlı" adı ilə tanınan üç əsas kompozisiya mövcuddur. Onlar özlərinin sxeminə və formatına görə müxtəlif olub, Qazax qrupundan olan qədim xalçalara aiddir.

  • I üsul.

Ara sahənin kompozisiyası "Bəndi-rumi" şəkli əsasında yaradılmışdır. Xətlərin kəsişmə nöqtəsində sürməyi rəngli səkkizbucaqlı ulduzlar yerləşir. Tarazlıq məqsədilə kvadrat formalar şəbəkənin əyri xətlərində simmetrik şəkildə yerləşdirilir. Toxucular təzadlı rəngli naxışlardan istifadə edərək naxışın həm diaqonal, həm də şaquli istiqamətdə sərbəst oxunmasına nail olurlar. Qocaman sənətkarlar onun "yurd" olduğunu bildirirlər. Göllərin ətrafındakı sahə "val" (taxıldöyən lövhə) adlanan elementin təsviri ilə doldurulur.

  • II üsul.

İkinci üsulla toxunmuş xalçalar qocaman ustaların "Bağça" adlandırdıqları xalçalarla və uzunsov gəbələrlə təmsil olunur. Qırmızı fonlu ara sahədə ensiz mədahil haşiyəsi şaquli və üfiqi istiqamətdə uzanaraq gətəbə və kvadrat formasında naxışlar əmələ gətirir. Xalçanın ara sahəsinin kompozisiyası Quba qrupuna daxil olan "Qədim minarə" və "Orduc" xalçalarını xatırladır.

  • III üsul.

"Şıxlı" adı ilə birləşmiş xalçaların üçüncü kompozisiyası yerli xalça ustalarının "Ağaclı" və ya "Çinar" adlandırdıqları xalçalarla təmsil olunur. Xalçanın mərkəzində səkkizbucaqlı göl yerləşir. Onun şişbucaq (çatma) çıxıntıları şaquli ox boyunca uzanır. Sərbəst sahədə aşağıdan və yuxarıdan, soldan və sağdan sərv ağacını xatırladan naxışlar simmetrik şəkildə yerləşdirilir. Sərbəst qalan yerlər kiçik çiçək naxışları ilə doldurulur. Toxucuların fikrincə, ara sahənin mərkəzində yerləşən rombşəkilli medalyon çarhovuzdur. Onun üzərində təsvir edilmiş ördəklər də bunu təsdiq edir. Xalçanın dörd küncündə uzunsov formalı böyük elementlər yerləşir. Bu, "doqqaz" təsviridir. Doqqazı olmayan "Şıxlı xalçaları"na da rast gəlinir. Bu üsulla toxunmuş xalçaların köbə zolağı ənənəvi olaraq, ensiz zolaqlardan — mədahilzəncirədən ibarətdir.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Şıxlı xalçaları" müxtəlf ölçüdə olur. Bəzən uzunsov formatda xalçalar da istehsal olunur.

İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 26x26 ilmədən 32x32 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60 min ilmədən 100 min ilməyə qədər).

Xovun hündürlüyü 8–10 mm-dir.

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13–15.