Şeyx Əlaüddövlə Simnani

Şeyx Əbulməkarim Rüknəddin Əlaüddövlə Əhməd bin Bayabanki Simnani (1261[1]6 mart 1336[1]) — Kübravilik təriqətinin mürşüdlərindən, sufi.

Şeyx Əlaüddövlə Simnani
Doğum tarixi 1261[1]
Vəfat tarixi 6 mart 1336(1336-03-06)[1]

İntellektual əqli nəticələrə (idraka) üstünlük verən sufilər arasında vəhdətüş-şühud (şahidlik vəhdəti, görmə birliyi) təlimi böyük şöhrət qazanmışdı.

Bu təlimi XIV əsrin başlanğıcında fars mistik (sufi), kübraviyyə təriqətinin üzvü Əlaüddövlə əs-Simnani (1261-1336) işləyib hazırlamışdır.