Əhməd Əhmədzadə (siyasətçi)

Əhməd Cuma oglu Əhmədzadə (7 yanvar 1945, Qaxmuğal, Qax rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri (2006–2021).[3]

Əhməd Əhmədzadə
2006 – 2021
SonrakıZaur Mikayılov
bayraq
Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru
bayraq2
25 oktyabr 2004[1] – 23 fevral 2006[2]
Nazirİsmət Abasov
Əvvəlkiİsmət Abasov
bayraq
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri
bayraq2
1993 – 2004
bayraq
Quba Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1991 – 3 sentyabr 1992
bayraq
Şəki Rayon Xalq Deputatları Sovetinin sədri
bayraq2
1991 – 1991
SonrakıVəzifə ləğv edildi.
1991 – 1991
ƏvvəlkiMürvət Əliyev
SonrakıVəzifə ləğv edildi.
1988 – 1991
ƏvvəlkiƏjdər Əsədov
SonrakıVəzifə ləğv edildi.
1980 – 27 avqust 1988
SonrakıCavanşir Məmmədov
bayraq
Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1978 – 1980
bayraq
Qax Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1975 – 1976
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1945(1945-01-07) (79 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti mühəndis

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı
1-ci dərəcəli "Əmək" ordeni — 2020 "Şöhrət" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-ci ildə 1 saylı orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1976–1978-ci illərdə keçmiş Sov. İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili almışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967–1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir.

Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhməd Əhmədzadə 1975–1976-cı illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978–1980-ci illərdə Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibi, 1991-ci ildə Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki Rayon Xalq Deputatları Sovetinin sədri, 1991–1992-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. 1981–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

1993–2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004–2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur.

Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.

  1. "Ə.C.Əhmədzadənin Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru təyin edilməsi haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. "Ə. C. Əhmədzadənin Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Baş direktoru vəzifəsindən azad edilməsi haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  3. "Əhməd Əhmədzadə vəzifəsindən azad edilib". report.az (az.). Report İnformasiya Agentliyi. 2 aprel 2021. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
  4. "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.