1995-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər

1995-ci il Azərbaycan parlament seçkilərAzərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri.

Azərbaycan  2000 →
Azərbaycanda parlament seçkiləri (1995)
Namizəd YAP AXCP AMİP
Rəhbər Heydər Əliyev Əbülfəz Elçibəy Etibar Məmmədov

Zəmin[redaktə | mənbəni redaktə et]

Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir.

19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi.

Haqqında[redaktə | mənbəni redaktə et]

1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir. Seçici siyahılarma daxll edilmiş 4.132.600 nəfər vətəndaşdan 3.556.277-si və ya 86,05 faizi seçkilərdə iştirak etmişdir. Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırıldı. Milli Məclisə cəmi 124 deputat seçilmişdi. Bunlardan 99-u birrnandatlı seçki seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən. Seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat almışdı.[1]

Seçkilər birpalatalı parlamentə majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi. Majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat seçilməli idi. Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi.

Namizədlər[redaktə | mənbəni redaktə et]

Milli Məclis deputatlığına namizədlərin irəli sürülməsi prosesində birmandatlı seçki dairələri üzrə 1.094 nəfər namizəd göstərilmişdi. Mərkəzi Seçki Komissiyası daxil olmuş ərizə və şikayətlərin araşdırılmasının nəticələrinə görə, 175 vətəndaşı deputatlığa namizəd kimi qeydə almaqdan imtina etmək barədə 66 dairə seçki komissiyasının qərarlarını qüvvədə saxlamış, 98 nəfərin isə namizədlər siyahısına salınmasına dair həmin komissiyaların qərarlarını ləğv etmişdi.

Toplanmış seçici imzalarının həqiqiliyini yoxlamaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasında xüsusi ekspertlər qrupu işləyirdi. Seçici imzaları yoxlanıldıqdan sonra namizədlər siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 8 siyasi partiyanın nümayəndələrinin adları daxil edildi.

Seçkilər ərəfəsində birmandatlı seçki dairələri üzrə 11 nəfər namizədliyini geri götürmüşdü. Nəticədə, seçki bülletenlərində 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı. Azərbaycanda qeydə alınmış 32 siyasi partiyadan 18-i seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin onlardan yalnız 12-si namizədlər göstərilməsinə dair bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi.

Seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya (Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist PartiyasıÜmid Partiyası) Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərə buraxılmadı. Bu siyasi partiyalar Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət etdilər. Ali Məhkəmə şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını qüvvədə saxladı.

Ölkədəki birmandatlı seçki dairələrinin 93-də seçki namizədlərin alternativliyi qaydasında keçirdi. 30 seçki dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa namizədlərin sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta 11–12 nəfər idi. Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi partiyaların üzvləri idi.

Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağıdakı siyasi partiyaların adları daxil edilmişdi:

1995-ci il noyabrın 12-də 4.591 seçki məntəqəsində səsvermənin gedişini deputatlığa 378 namizədin, 8 siyasi partiyanın nümayəndələri, vəkil edilmiş şəxslər, eləcə də yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların – BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici təşkilatların müşahidəçiləri izləmişlər.

Leyla Yunusun Azərbaycan Müstəqil Demokratlar Partiyası, Karrar Əbilovun Vahid Azərbaycan Partiyası və Fəzail Ağamalının Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edərəq, müttəfiqlik edərək seçkilərə qatılmışdır. Onlardan sadəcə Ana Vətən mandat (1 nəfər-Fəzail Ağamalı) qazana bilmişdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:

Azərbaycan Milli İstiqlal Partiyası[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

Yeni Azərbaycan Partiyası[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:

Nəticələr[redaktə | mənbəni redaktə et]




Proporsional seçkilərin partiyalar üzrə nəticələri

  Yeni Azərbaycan Partiyası (62,70 %)

  Azərbaycan Xalq Cəbhəsi Partiyası (9,70 %)

  Azərbaycan Milli İstiqlal Partiyası (9,30 %)

  Azərbaycan Demokratik Sahibkarlar Partiyası (4,00 %)

  Ana Vətən Partiyası (4,00 %)

  Azərbaycan Demokratik İstiqlal Partiyası (3,00 %)

  Azərbaycan Milli Dövlətçilik Partiyası (1,20 %)

  Azərbaycan Naminə Alyans Partiyası (0,90 %)

  Etibarsız səslər (3,95 %)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən seçici fəallığı 79.5% olmuşdur. 22 noyabr 1995-ci il tarixində açıqlanan məlumata əsasən 25 çoxmandatlı seçki dairəsi üzrə keçirilmiş proporsional seçkiləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası birinci sırada tamamlayaraq 19, sabiq dövlət katibi Əli Kərimlinin sədr vəzifələrini icra etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ikinci sırada tamamlayaraq 3, sabiq millət vəkili Etibar Məmmədovun sədrlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası isə üçüncü sırada tamamlayaraq 3 deputat mandatı qazana bilmişdir. Bu Azərbaycanda keçirilmiş son proporsional seçki olmuşdur.

Digər 100 birmandatlı seçki dairəsi üzrə keçirilən seçki nəticələrinə əsasən onlardan 29-da seçki nəticələri ləğv olunmuşdur. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50%+1%-ni toplamalı idi. Lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə və digər 8 seçki dairəsi üzrə seçki qanunu pozuntuları aşkarlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur.

26 noyabr 1995-ci il tarixində 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçki nəticələri əsasında 50+1% qaydasının ödənilmədiyi 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. Lakin 5 seçki dairəsində bu seçkilərdə də lazım olan "50+1%" səs həddi keçilməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsində də digər 26 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://web.archive.org/web/20041221235118/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1995.htm
  2. "AMİP-dən Firudin Cəlilova cavab gəldi". Moderator.az. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]