Qız qalası (Cəbrayıl)

Qız qalasıCəbrayıl rayonunun Xələfli stansiyasında (qədim Diri kəndi), Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə Diri dağlarının bir hissəsinin zirvəsində yerləşən və XII əsrdə inşa olunmuş qala.[1]

Qız qalası
Qız qalası
Ölkə  Azərbaycan
Şəhər Cəbrayıl
Yerləşir Diri kəndi,Diridağ
Tikilmə tarixi XII əsr
Vəziyyəti ermənilər tərəfindən dağıdılıb
İstinad nöm.4168
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qız qalası (Cəbrayıl) (Azərbaycan)
Qız qalası (Cəbrayıl)

2020-ci il sentyabrın əvvəlində ərazidə “Qız qalası” hidroqovşağının tikintisi ilə əlaqədar qalanın tamamilə dağıdıldığı iddia edilib.[2]

Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Diridağ dağında yerləşən qala XII–XIV əsrə aiddir. Hazırda qala dağılmış vəziyyətdədir. Qala divarlarının uzunluğu təxminən 50 metr, hündürlüyü 13 metrdir. Hələlik qala yeri və onun yaxın günlərə qədər ucaldığı dağ isə qalır.[3]

Cəbrayıl rayonu ərazisindəki Diridağdakı dağıdılmış Qız qalasının qalıqları
  1. Nizamiqızı, Həmidə. "Xudafərindən görünən Cəbrayıl". medeniyyet.az (az.). 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.
  2. (Mahmudov), Yusif Dirili. "Araz çayı üzərində tikilən hidroqovşaq: Qız qalası məhv edilib... – Şok görüntülər". Qaynarinfo (az.). İstifadə tarixi: 2024-06-23.
  3. "Qız qalası" (az.). Archived from the original on 2020-11-02. İstifadə tarixi: 2020-10-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]