Qız qalası (İsmayıllı)

Qala İsmayıllı rayonunun Xanəgah kəndində yerləşir. Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədilə tikildiyi güman edilir. İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m² olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.[1][2][3].

Qız qalası
Xəritə
40°50′52″ şm. e. 48°08′48″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Şəhər İsmayıllı
Yerləşir Xanəgah kəndi
Aidiyyatı Qafqaz Albaniyası
Tikilmə tarixi VII əsr
Üslubu Alban memarlığı
Sahəsi 1,5 ha
İstinad nöm.266
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qız qalası (Azərbaycan)
Qız qalası

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ümumi memarlığı

[redaktə | mənbəni redaktə et]

Ön istehkam Qarasu dərəsindədir. Uzunluğu 28,6 m, hündürlüyü 7,7 m, qalınlığı 1,8 m olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Ümumiyyətlə, Qız qalasının planı mürəkkəb formalıdır. Qalanın ümumi sahəsi 1,5 hektara qədərdir. Sahəsi 300 m² olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır. Qalanın inşaatında daşdan və bişmiş kərpicdən, kirəc məhlulundan istifadə olunmuşdur.

  1. F. L. Osmanov, 1972, səh. 61–62
  2. C. Ə. Qiyasi, F. L. Osmanov, 1980, səh. 139–143
  3. Q. C. Cəbiyev, 2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]