Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi

Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Energetika Nazirliyi
  • Azərbaycan Respublikası Energetika Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 22 oktyabr 2013
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Üzeyir Hacıbəyli 84 (Hökumət evi), AZ1000
Rəhbərlik
Nazir Pərviz Şahbazov
Nazir müavinləri Samir Vəliyev
Elnur Soltanov
Kamal Abbasov
Aparat rəhbəri Zaur Məmmədov

Rəsmi saytı minenergy.gov.az

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.

  • enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirlərin həyata keçirilməsini və bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir;
  • ayrı ayrı enerjidaşıyıcılarının istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlamaq, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştrak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;
  • aidiyyəti icra hakimyyəti orqanları ilə birlikdə əhalinin və iqtisadiyyatın sənaye məhsullarına və enerjidaşıyıcılarına olan təlabatının daha dolğun ödənilməsini təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək;
  • Azərbaycan Respublikasının yanacaq-enerji balansına tərtib etmək və aidiyyəti icra hakimyyəti orqanları ilə birlikdə onun yerinə yetirilməsi üçün tədbirlər görmək;
  • dövlət müəssisələri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələr üzrə enerji daşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasını iştirak etmək;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdə dövlətin maraqlarını təmsil etmək və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada onların fəaliyyətinə nəzarət etmək;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdə hər il üçün yanacaq-enerji resuslarının istifadəsi, itkiləri və texnoloji sərfi normalarını təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;
  • enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və sərfin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerjiyə qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər hazırlamaq, enerjidən istifadənin səmərəliliyinin artırılması üzrə işlərin əlaqələndirilməsini həyata keçirmək;
  • aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə təbii ehtiyatlardan, o cümlədən enerji resuslarından səmərəli istifadə mexanizminin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • sənaye və yanacaq-energetika kompleksinin strukturunun təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlamaq və qanunvericiliyə uyğun olaraq həyata keçirmək;
  • Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq karbohidrogen ehtiyatlarının hasılatın pay bölgüsü və ya digər şərtlərə uyğun olaraq işlənməsi barədə sazişlərin layihələrini hazırlamaq, bu sazişlər üzrə danışıqlar aparmaq, onları müəyyən olunmuş qaydada imzalamaq, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət etmək;

Tabeliyindəki qurumlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]