Rəşad Nadirov (polkovnik)

Rəşad Soltanağa oğlu Nadirov (13 iyun 1982, Bakı) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Rəşad Nadirov
Rəşad Soltanağa oğlu Nadirov
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyun 1982(1982-06-13) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Soltanağa Nadirov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Rütbəsi Polkovnik
Döyüşlər
Təltifləri "Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşad Nadirov 13 iyun 1982-ci ildə Bakı şəhərində doğulub. Əslən Masallı rayonunun Əhmədli kəndindəndir. Atası mühəndis, anası evdar qadın olub. Ailədə 4 qardaş 1 bacı olmaqla Rəşad ailənin kiçik övladıdır.

Ailəlidir, iki qızı var.

Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə təhsil alıb. Heydər Əliyev adına Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olub. Həmin məktəbin raket və kosmonavtika texnikasının uçuş istismarı fakültəsinin məzunu olub. Təhsilini bitirdikdən sonra hərbi hissədə təyyarəçi-operator kimi xidmətə başlayıb. Mi-24 tipli döyüş-nəqliyyat vertolyotunda pilot olub. Akademiyadan kapitan rütbəsində məzun olub. Sonra Mi-24 eskadriliyasının komandiri kimi xidmətə davam edib.

2016-cı ilin avqust ayında növbəti ali təhsil almaq üçün Almaniya Federasiyasının Köln şəhərində birləşmiş dillər məktəbində 1 il, 2017-ci ildə isə Almaniyanın generallar-admirallar baş qərargah kursunda ali təhsil alıb.

Bir çox Avropa ölkələrində Almaniya, Avstriya, İngiltərə, Belçikada təlimlərdə iştirak edib.

İngilis, türk, rus və alman dillərini bilir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində düşmən həmlələrinin qarşısını almaq məqsədilə uçuşlar edib. Hədəfin seçilib dəqiq məhv edilməsində peşəkarlıq nümayiş etdirmişdir. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətindəki Arazboyu hücumları zamanı qoşunlara hava dəstəyi verilməsində yaxından iştirak etmişdir. Düşmənin hücuma keçən tank kalonu və avtomobil texnikasının məhvində, geridən ön xəttə gətirilən silah-sursat və eləcə də ərzaq təminatının qarşısının alınmasında da uğurlu əməliyyatları olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

  1. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]