Yeni institusional iqtisadiyyat

Yeni institusional iqtisadiyyat (ing. new institutional economics), və ya yeni institusionalizmRonald Kouz tərəfindən 1937-ci ildə nəşr olunan "Firmanın Təbiəti" məqaləsi ilə başlayan neoklasik istiqamətə aid olan müasir iqtisadi nəzəriyyə məktəbi. Ancaq bu sahəyə maraq yalnız 1970-ci illərin sonlarına doğru ABŞ-də, daha sonra Avropada meydana gəldi. Termin Oliver Vilyamson tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.

Yeni institusionalizmin formalaşmasında aparıcı rolu Çikaqo məktəbi (R. Kouz, Harold Demsets, Riçard Allen Pozner, Vilyam Niskanen) və burada yaranan Virciniya məktəbinin (Ceyms Makqill Byukenen, Qordon Tallok, Ceffri Brannan) iqtisadçıları oynadılar. 1997-ci ildə Beynəlxalq Yeni İnstitusional İqtisadiyyat Cəmiyyəti quruldu[1].

Əsas prinsipləri

[redaktə | mənbəni redaktə et]
  1. Təsisatlar iqtisadiyyatda vacibdir.
  2. İnsan davranışı müstəsna olaraq rasional olaraq xarakterizə olunmur, xarakterik xüsusiyyətləri məhdud rasionallıq və fürsətçilikdir.
  3. Bazar əməliyyatlarının həyata keçirilməsi və bu səbəbdən qiymət mexanizmi və digər bazar atributlarının işləməsi yeni institusionalistlərin əməliyyat xərcləri adlandırdıqları xərclərlə əlaqələndirilir. Yeni institusional iqtisadiyyatda əməliyyat xərcləri doktrinası təməl və əsas əhəmiyyətə malikdir. Yeni institusionalistlər yalnız insanların təbiətlə qarşılıqlı təsirinin (yəni transformasiya) xərclərini deyil, həm də insanların bir-birləri arasındakı qarşılıqlı təsirlərini nəzərə almağın vacib olduğunu düşünürlər[2].

Əsas fərqlər

[redaktə | mənbəni redaktə et]

Yeni institusional iqtisadiyyat — mikroiqtisadi analiz metodlarının əlaqəli sosial fənlərə nüfuz etmə meylinin parlaq təzahürüdür. Ənənəvi institusional iqtisadiyyatın nümayəndələri, məsələn Torsteyn Veblen, Con Rocers Kommon, digər humanitar fənlərin nailiyyətlərini iqtisadi nəzəriyyənin problemlərini həll etmək üçün tətbiq etməyə çalışarkən, yeni institusional iqtisadiyyatın nümayəndələri, əksinə, digər humanitar fənlərin problemlərini həll etmək üçün neoklassik iqtisadi nəzəriyyə metodlarını tətbiq etməyə çalışırlar[3].

Yeni institusionalizm iki ümumi münasibətə əsaslanır. Birincisi, sosial qurumların əhəmiyyəti (ing. institutions matter) və ikincisi, standart iqtisadi nəzəriyyə vasitələrindən istifadə edərək təhlillər aparırlar[4].

Yeni institusional iqtisadiyyat, əməliyyat xərcləri, mülkiyyət hüquqları və müqaviləli agentlik münasibətləri kimi amillərin analizinə yönəlmişdir.

Yeni institusionalistlər ənənəvi neoklassik nəzəriyyəni "metodoloji fərdiyyətçilik" prinsipindən kənara çıxdığını tənqid edirlər.

Neoklassik nəzəriyyə ilə müqayisədə yeni institusionalizm cəmiyyətin institusional quruluşu ilə müəyyən edilmiş və fərdi seçim sahəsini daraldan yeni bir məhdudiyyətlər sinfi gətirir. Bundan əlavə, davranışa dair ilkin şərtlər tətbiq olunur - məhdud rasionallıq və fürsətçi davranış.

Birinci şərt məhdud məlumatlara sahib bir insanın yalnız maddi xərcləri deyil, həm də intellektual səyləri minimuma endirə biləcəyi deməkdir. İkincisi, “hiylə ilə öz mənfəətini axtarmaq” (ing. self-interest-seeking-with-guile), yəni müqavilənin pozulması ehtimalı deməkdir.

Neoklasik məktəb bazarın mükəmməl rəqabət şəraitində fəaliyyət göstərdiyini düşünür və ondan kənarlaşmaları "bazar uğursuzluğu" kimi xarakterizə edir və belə hallarda ümidlərini dövlətə bağlayır. Yeni institusionalistlər dövlətin də tam məlumata malik olmadığını və əməliyyat xərclərini aradan qaldırmaq üçün nəzəri qabiliyyətə malik olmadığını qeyd edirlər.

  1. "Международное общество новой институциональной экономики (ISNIE)". 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  2. "Институциональная экономика". institutional.narod.ru. 2016-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
  3. Нуреев, Рустем Махмутович Институционализм: вчера, сегодня, завтра Arxivləşdirilib 2021-08-29 at the Wayback Machine
  4. Капелюшников Р. И. Новая институциональная теория Arxivləşdirilib 2009-02-21 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]