XƏSTƏLƏNMƏK

XƏSTƏLƏNMƏK Bu fikrə gəlib taleyi ilə barışdığı zaman Hüseyn bərk xəstələndi (M.İbrahimov); AZARLAMAQ (dan.) O yenə azarlayıb yatmışdı, kimsəni qəbul etmirdi (M.S.Ordubadi); BAŞI YASTIĞA ENMƏK (ağır xəstələnmək) Gec-tez başı yastığa enəcək (Q.Xəlilov); BİMARLAŞMAQ (kl.əd.) O bir quşdur, nəğməsi qəm; Şaxələrdə yuvası yox; Gündən-günə bimarlaşır; Dərmanı yox, davası yox (M.Rahim); XƏSTƏ DÜŞMƏK Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi (S.S.Axundov); KEFSİZLƏ(Ş)MƏK [Narınc:] Lap yaxşı eləmisən, mənim gül balam, keç içəri, atanın da gözünə görün, bir az kef sizləyib (M.İbrahimov); NAXOŞ OLMAQ Əbülfət ağa: Yenə siz, axund, naxoş olmasaydınız gəlib bir çarə tapardınız (Çəmənzəminli); NAXOŞLAMAQ Mötəbərov: Düz deyirsiniz, axır vaxtlarda tez-tez naxoşlayıram (M.Hüseyn); YORĞAN-DÖŞƏYƏ DÜŞMƏK (ağır xəstə olmaq) Qəndab: Yorğan-döşəyə düşdüm. Mənim dərdimdən əmim arvadı işdən çıxmalı oldu (B.Bayramov); NAÇAQLAMAQ, NASAZLAMAQ (azacıq xəstələnmək).

XƏSTƏXANA
XƏSTƏLİK

Digər lüğətlərdə

агроклимати́ческий венге́рцы окорочный пом... поободри́ться рие́лтор убы́точиться уплести́ цико́рий баты́рь первородя́щая пикети́ровать сесть сия́тельство спо́рный citybilly countess provincialize ratafia sororicide аэродинамический пернатый помощь увлекательный утоление