XIRXA

I
(Gədəbəy)
mişar. – Kərənnəri xırxıynan kəserix’
II
(Cəbrayıl)
xirtdək. – Qoyunun xırxasınnan tutuf yerə vurdım
III
(Zaqatala)
ərinmiş yağın tortası
XIRƏZƏN
XIRXALAMAX
OBASTAN VİKİ
Xırxatala
Xırxatala — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Xırxatala kəndi Həmzəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Cığatelli kəndi mərkəz olmaqla, Cığatelli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim yerli əhalinin dilindəki xırxa/xırxıra (çayın iki dağ arasından axıb düzənliyə çıxdığı yer) və tala komponentlərindən düzəlib, Qul çayının coğrafi mövqeyini bildirir. Bir başqa vesiyaya görə xırxatala sözünün mənası: ərəbcə "xirqə" (qolsuz paltar, əba) və türkcə "tala" (meşənin içərisindəki açıqlıq) sözlərinin birləşməsindən yaranıb, "xirqəyə bənzəyən tala" anlamı verir. == Tarixi == Azərbaycanın qədim kəndlərindən biridir. Aparılmış tədqiqatlara görə kəndin təxminən 500 ildən artıq yaşı var. Bunu həm də kənddə müəyyən cərgə ilə əkilmiş, yaşı 500 ildən artıq olan şabalıd ağacları da təsdiq edir. Kənddə kəndin qurucularından olan 3 nəsil yaşayır: Alı nəsli, Məhəmmədyusifli nəsli, Molla Mətin nəsli. === Tarixi abidələri === Kənd arxeoloji abidələlərlə zəngin olmasa da yazılı abidələri kifayət qədərdir (əsasən XIX əsrə aid). == Coğrafiyası və iqlimi == Kənd Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, rayon mərkəzindən qərbdə, Zarağan–Nic yolunun şimalında, Qul çayının sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Xırxatala bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə