Nəvədən sonra nəticə gəlir, üçüncü uşaq kötücə, dördüncü nəbibə, beşinci nədidə, altıncı yadıca, yeddinci isə tullantı adlanır. Nəvə, nəticə sözləri ərəb, nəbibə, nədidə isə fars mənşəlidir. Kötücə (əsli: kötükcə), yadıca (yadlaşmaqda, qohumluğu itirməkdə olan), tullancı (qohumluq əlaqəsinin kəsilməsi, yəni 7 arxa dönən) türk sözüdür. Yadıca “yadlaşmaq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)