Bəzi türk dillərində cilim, celim, cilen, celin kimi işlədilir. Ci(ce) isə “su” deməkdir. Cibin - höyüş deməkdir. Çay (река) sözü də su ilə bağlıdır. Süd və su kökdaş sözlərdir. Bəzi dillərdə höyüş (bu, hetlərin sözüdür, mənası “yağış” deməkdir) sözü çiviş,cuuş kimi işlədilir. Yumaq (мыть) sözü cumaq kimi yazılır və deyilir. Əl silmək üçün olan dəsmal kəlməsi curamal (su malı, suyu silən) kimi verilib, çuxur (su yağılan yer),çürdək, çala(çayda adacıq), çay (su yolu), çiləmək, çisələmək, çəllək (su qabı), çuvar, çağış (yağış) sözlərinin hamısı etimoloji baxımdan su anlamı ilə bağlıdır. Deməli, yelin sözü celin, o isə süd (su) qabı, kisəsi kimi anlaşılmalıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)