YETİ

[əs.tr.] – qabiliyyət, bacarıq. Yetkin, kamil, olgun, bacarıqlı. Dilimizdə işlənən yetişkin sözünün insanın uşaqlıq çağından sonrakı qabiliyyətlərini və bacarıqlarını nümayiş etdir-diyi bir dövrə qədəm qoymağını bildirdiyi üçün adlandırılmışdır.
YESUKEN
YETKİ
OBASTAN VİKİ
Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (film, 1977)
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.
Fərdi yetişkənlik
Fərdi yetişkənlik — orqanizmin çoxalmaya hazır olması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Pomidorun Yetişdirilməsi (1985)
Pomidorun yetişdirilməsi (film, 1985)
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır. Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır.
Qoruyucu yetişdirmə
Qoruyucu yetişdirmə — Qoruyucu yetişdirmə bir çox bitki və heyvan yetişdiricilərinin növlərin, ya nadir cinslərin, ya da bir cins daxilində nadir qan xətlərinin qorunub saxlanılması cəhdidir. Qoruyucu heyvandarlığı bir neçə məqsədə xidmət edə bilər: Bir növ və ya cins daxilində genetik müxtəlifliyin qorunması; Hal-hazırda populyar olmayan, lakin gələcəkdə böyük əhəmiyyət kəsb edə biləcək dəyərli genetik xüsusiyyətlərin qorunub saxlanılması; Növlərin əvvəllər mövcud olduğu ərazinin məskunlaşdırılması Əhalinin ümumi sağlamlığını yaxşılaşdırmaq üçün sağlam fərdlərin yetişdirilməsi. Qoruyucu heyvandarlığı aşağıdakı formaları ala bilər: Nadir cinslərin selektiv yetişdirilməsi, Xüsusən müxtəlifliyin mümkün qədər qorunub saxlanmasını təmin etmək üçün kiçik populyasiyalarda damazlıq genetikasının monitorinqi; Həyati təhlükəsi olan genetik qüsurlardan əziyyət çəkən nadir cinslər gələcəkdə nadir cinsin qorunub saxlanması üçün qəsdən kritik genə malik olan digər cinslərlə çarpazlaşdırıla bilər. "Qoruyucu yetişdirmə" termini ilk dəfə 2000-ci illərin əvvəllərində it yetişdiriciləri üçün seleksiyaçıların seminarlarında məşhur Amerika Kennel Klubunun hakimləri Duqlas Conson və Bill Şelton tərəfindən istifadə edilmişdir. İt cinslərinin qorunması və it genetikasının qorunması 2010-cu illərin ortalarında sürətlənməyə başladı.
Qurban Yetirmişli
Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. 1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur. Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.
QİÇS yetimləri
QİÇS yetimləri (ing. AIDS orphan) - Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən hər iki və ya bir valideynini itirmiş uşaqları adlandırmaq üçün istifadə olunan termin. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT Uşaq Fondu QİÇS yetimləri ifadəsini daha çox 15 yaşından aşağı olan və əsasən anasını Qazanılmış İmmun Çatışmazlığı Sindromundan itirmiş uşaqları təsnifatlandırılması zamanı istifadə edir. İfadənin şamil edildiyi uşaqların əksəriyyətinin ataları sağdır. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının məlumatına əsasən QİÇS yetimlərinə şamil edilən uşaqların 80% qədərində bir valideynləri sağdır. Hər il 70 mindən çox uşaq bu kateqoriyaya şamil edilir və onların mütləq əksəriyyəti Afrika qitəsinin dövlətlərinin payına düşür. Cinsi yolla yoluxma hallarının artması və qorunmamış cinsi əlaqələrin yüksək risk qrupuna daxil olmasından sonra QİÇS-in yayılmasında da zəmin yaranmışdır. Afrika qitəsi qorunmamış cinsi əlaqələr və zorakalıq halları baxımdan digər qitələrdən daha öndə olduğundan QİÇS yetimlərinin bu qitədə artması ilə nəticələnmişdir. 2007-ci ilin məlumatına əsasən QİÇS yetimlərinin ən çox yaşadığı ölkə Cənubi Afrika Respublikasıdır. 2005-ci ilin məlumatında isə Zimbabvedə uşaqların yetim qalmasında əsas səbəbin QİÇS olduğu göstərilmişdir.
Qətlə yetirilmiş səfirlərin siyahısı
Qətlə yetirilmiş səfirlərin siyahısı — müxtəlif dövrlərdə öz ölkəsini təmsil etdiyi ölkələrdə və ya başqa bir yerdə öldürülməsi hadisələri. Rəsmi mənbələrin məlumatlarına görə dünyada ilk dəfə qətlə yetirilmiş səfir Fransanın Osmanlı İmperiyasındakı səfiri Antonio Rinkon olmuşdur. Rinkon 1541-ci ilin 3 iyul tarixində Venesiya Respublikasının Rivoli şəhərində Venesiya İmperator Mühafizəsi Xidməti tərəfindən qətlə yetirilib.
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Yetimxana
Yetimxana (film, 2007)
Yetimxana (ing. The Orphanage, isp. El orfanato) — 2007-ci ildə istehsal olunmuş ispan filmi. 1975-ci ildə İspaniyada Laura adında balaca bir uşaq yetimxanadan övladlıq alınır. 30 ildən sonra yetişkin Laura əri Karlos və yeddi yaşındakı Simon adındakı oğulları ilə birlikdə yetimxanaya qayıdır. Laura yetimxananı əngəlli uşaqlar üçün yenidən açmaq istəyir. Simon Tomas adında bir uşaqla dost olduğunu iddia edir və onun çuval (kisə) maskası taxan bir uşaq olaraq şəkillərini çəkir. Özünü sosial xidmət işçisi olaraq Beniqna kimi tanıdan biri Simonu görmək üçün evi ziyarət edir. Beləliklə Laura və Karlosun Simonu övladlıq götürdükləri və Simonun QİÇS daşıdığı ortaya çıxır. Beniqnanın icazəsiz girişinə əsəbləşən Laura ondan getməsini istəyir.
Yetimyedizdirən ev (Novoçerkassk)
Yetimyedizdirən ev — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən xeyriyyə məqsədli istifadə edilən bina. İlk əvvəllər müəssisə kazak Tambovsevin binasında yerləşirdi. Sonradan Platovski prospekti, ev 28 ünvanında yerləşən binaya köçürülmüşdür. 22 fevral 1842-ci ildə Novoçerkaskda yetimlər evi açılmışdır. Bu körpə yetimlər və yeniyetmələrə, onlara baxmağa heç kimin olmadığı şəxslərə yardım etmək məqsədilə təşkil edilmişdir. Bu bütün Rusiya ərszisində bu tip üçüncü müəssusə idi. Müəssisənin ehtiyaclarını ödəmək məqsədilə kazak Tambovsevin evi kirayələnmişdi. Buraya gətirilən uşaqların böyük qismi Rostov-na-Donu, Naxçıvan-na-Donu, Taqanroq və Don vilayətindən gətirilmişdi. Burada müəssisəyə gətirilmiş uşaqların sayına heç bir məhdudiyyat qoyulmamışdı. Körpələr burada baxıçılar tərəfindən yedizdirilirdi.
Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965)
Kinolentdə pambıq yetişdirilməsi texnologiyasından danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: A.K.Orucov, X.O.Güləhmədov, V.S.Zaytsev Operator: Mirzə Mustafayev Cizgi rəssamı: Bəhmən Əliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
Yetim evi
Yetimlər evi