Yuvxa kimi də işlədilib, qalın kəlməsinin antonomidir (yastı sözü ilə qohumdur), nazik isə yoğun sözünün antonimidir. Qalın və yuxa diametrlə yox, təbəqə, lay anlayışları ilə bağlıdır. Qalın sözü qalamaq (üst-üstə yığmaq) feilindən törəyib (sərin sözünün qəlibi üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)